Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək
Aprelin 26-da Bakıda “4-cü İllik SƏTƏMM Konfransı” keçiriləcək.
2019-cu ildən etibarən təşkil olunan bu konfrans 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunur. “Hyatt Regency Baku” hotelində keçiriləcək tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
Konfransda əməyin təhlükəsizliyi, keyfiyyət və digər aktual məsələlər müzakirə ediləcək və SƏTƏMM sahəsində ən yaxşı təcrübələr təqdim olunacaq.
Qeyd edək ki, “Aztelekom” MMC aprelin 26-da keçiriləcək “4-cü İllik SƏTƏMM Konfransı”nın premium dəstəkçisi qismində çıxış edir.
“Aztelekom” MMC genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatlarına layiq görülüb. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 7 d. əvvəl
- 12 d. əvvəl
-
- 32 d. əvvəl
- 57 d. əvvəl
-
1 saat əvvəl
Bu ilin 1-ci rübündə 925 mln. kVt·st “yaşıl enerji “istehsal edilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Prezident İlham Əliyev Antalyada Əhməd Əl Şaraa ilə görüşüb
Buğda qiymətlərində artım başlayıb
İsrail və Livan arasında 10 günlük atəşkəs qüvvəyə minib
ING: Mənfi ssenaridə neftin qiyməti 121 dollara çata bilər
Trampın İranda müharibənin “yaxın zamanda başa çatacağını” deməsindən və İsrail–Livan atəşkəsindən sonra neft ucuzlaşır
Ən çox oxunanlar
Tramp bildirib ki, İranda müharibə “çox yaxşı gedir” və “yaxın zamanda başa çata bilər”
Rəsmi məzənnələr açıqlandı
Netflix səhmləri 9% ucuzlaşıb
İlk rübdə Netflix-in gəliri 16,2%, xalis mənfəəti 83% artıb
Tramp: İran nüvə silahına sahib olmayacağını qəbul edib





.jpg)










.jpg)






