Anar Rzayev Hacıbala Abutalıbova qəzəblənib
Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev birliyin icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələyə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bununla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
A.Rzayev açıqlamasında deyib ki, H.Abutalıbova dərin hörməti var və ona görə də Bakı Şəhər İcra Hakimiyyəti başçısının nə dediyini müfəssəl öyrənməmiş cavab vermək istəmir: "Amma bu məsələ ilə əlaqədar deyə bilərəm ki, əgər "arvadı, dayısı və babaları erməni olanlar" deyəndə Azərbaycan Yazıçılar Birliyi nəzərdə tutulursa, Yazıçılar Birliyində heç kəsin, o cümlədən rəhbərlikdə təmsil olunan şəxslərin nə arvadı, nə dayısı ermənidir, nə də ki ermənilərlə əlaqələri var. Əksinə, Yazıçılar Birliyi həmişə ermənilərin hücumuna məruz qalıb və şəxsən mənim haqqımda dəfələrlə Moskvaya donoslar yazıblar".
Yazıçılar Birliyinin sədri hesab edir ki, "26" kafesinin adının "26 Bakı komissarı" ilə bağlı olması inandırıcı deyil: "Kimin ağlına gələ bilər ki, güllələnmiş komissarların adını restorana qoysunlar. Bildiyimə görə, “26” rəqəmi həmin obyekti icarəyə götürənlərin ya maşınının nömrəsidir, ya nədirsə, özləri ilə bağlı rəqəmdir".
A.Rzayev vurğulayıb ki, ümumiyyətlə, “26” rəqəmi Azərbaycanda ləğv olunmayıb: "Əgər ləğv olunsaydı, onda gərək evləri sıralayanda deyək ki, 25-dən sonra 27 gəlir. Hər 26 rəqəmini “26 Bakı komissarı”nın adı ilə bağlamaq gülüncdür, böyük absurddur.
Digər absurd odur ki, həmin komissarların nəşləri tapılanda orada 26 deyil, 23-nün meyitinin qalıqları olub. Onda gərək kafenin adını onların şərəfinə “23” qoyaydılar. Bunlar o qədər absurd məsələlərdir ki, bu barədə danışmağa da dəyməz. Ona görə də danışmaq istəmirəm.
O ki qaldı, “26 Bakı komissarı” adlı küçəyə onun adını yaxşı olardı ki, vaxtında dəyişəydilər, indi hay-küy qopandan sonra yox. İllərlə Bakının küçələrindən biri Azərbaycan xalqının qanına susamış həmin “26-lar”ın adını daşıyıb. Amma indi ayılıblar. Vaxtında ayılmaq lazım idi".
Qeyd edək ki, sentyabrın 8-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun göstərişi və iştirakı ilə Bakının Səbail rayonu ərazisində, “Sahil bağı” (keçmiş "26 Bakı komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən “26” - “Twenty six” adlı kafenin fəaliyyəti dayandırılıb. Kafenin əmlakı müsadirə edilib.
H.Abutalıbov jurnalistlərə açıqlamasında deyib: "Ermənilər və burada yaşayan erməni havadarları, anaları, dayıları, babaları erməni olanlar nə qədər azğınlaşıblar ki, azərbaycanlıların soyqırımını təşkil etmiş adamların adına kafe açırlar. Bu məkanı onlara icarəyə verənlər başa düşsünlər ki, nə qədər Azərbaycan xalqı var, ermənilərə, erməni qatillərinə, soyqırım təşkil edənlərə Azərbaycanda yer yoxdur. Obyekt bağlanacaq, onları müdafiə edənlər, ərazini icarəyə verənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar".
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 32 d. əvvəl
-
-
2 saat əvvəl
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
-
3 saat əvvəl
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
- 4 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“City Finance BOKT”un xalis mənfəəti 22% artıb
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
Mənfəəti artsa da, “Embafinans”da risk siqnalları güclənib
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Ən çox oxunanlar
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ







.jpg)





.jpg)



.jpg)






