Azərbaycan İsrailin peyk texnologiyasına maraq göstərir
İsrailin "Israel Aerospace Industries" (IAI) aerokosmik şirkəti tərəfindən təqdim olunan "Mini Communication Satellite" (MCS) layihəsi peyk rabitəsi sahəsində Azərbaycanda da yeni imkanlar açır.
Bunu şirkətin rəsmisi Niko Adamski Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) deyib.
Onun sözlərinə görə, sürətlə dəyişən qlobal kommunikasiya bazarında daha əlçatan və çevik həllər tələbi artır və MCS bu ehtiyaca tam cavab verir: "IAI artıq 70 ildən çoxdur ki, aerokosmik və müdafiə sənayesində fəaliyyət göstərir. Şirkət 40 ildən artıq müddətdə LEO və GEO orbitlərində peyklər istehsal edir və bu sahədə dünyanın aparıcı istehsalçılarından biridir. Təşkilat elektriklə işləyən peyklərin idarə olunmasında da dünyada qabaqcıl 10 şirkət sırasında yer alır".
O, MCS layihəsinin əsas üstünlükləri haqqında məlumat verib: "Azçəkili, çoxfunksiyalı və tam rəqəmsal idarəetmə sisteminə malik peyk texnologiyası bu sahədə yeni həll axtaran ölkələr üçün xüsusi əhəmiyyət daşıyır. Bu peyklər istənilən biznes modelinə uyğunlaşdırıla, müxtəlif bölgələrdə xidmət zonasını dəyişdirə və 15 il ərzində orbitdə fasiləsiz fəaliyyət göstərə bilər".
N. Adamski bildirib ki, MCS layihəsi Azərbaycanın da peyk texnologiyalarına dair imkanlarını genişləndirə bilər: "Hazırda ölkəmiz "Azerspace" layihəsi ilə regional peyk rabitəsində mövqeyini gücləndirməkdə davam edir. Bu baxımdan, daha çevik, daha sərfəli və müasir texnologiyalar üzərində qurulmuş mini peyk modelləri Azərbaycanın milli suveren rabitə proqramlarının genişləndirilməsi, habelə regionun ən ucqar nöqtələrində rabitənin təmin edilməsi baxımından aktual ola bilər".
O əlavə edib ki, MCS kimi texnologiyaların ölkəyə gətirilməsi, yerli mütəxəssislərin bu sistemlər üzrə təlim alması və Azərbaycanın peyk sənayesində yeni mərhələyə keçidi üçün zəmin yarada bilər: “Artıq MCS peykləri seriya istehsalına buraxılıb və müxtəlif ölkələrin sifarişlərinə cavab vermək üçün hazır vəziyyətdədir. Azərbaycanın da bu texnologiyaya maraq göstərməsi, rəqəmsal suverenlik və informasiya təhlükəsizliyi istiqamətində atılan növbəti strateji addım ola bilər".
"MonacoSAT" "Azərkosmos"la əməkdaşlıq etməyə maraq göstərir
Beynəlxalq kosmik şirkət olan "MonacoSAT" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə ("Azərkosmos") əməkdaşlıq etməyə maraq göstərir.
Bunu "Monacosat"ın baş direktoru İlhami Aygun Bakıda keçirilən Kosmik Texnologiyalar Konfransında (STC2025) bildirib.
“Azərbaycanla gələcəkdə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarımız olacaq”, - deyə o qeyd edib.
Qonaq peyk sənayesində uzunmüddətli planlaşdırmanın vacibliyinə diqqət çəkib: “Bir peykin hazırlanıb orbitə çıxarılması təxminən 15 il çəkir. Bu müddət ərzində eyni mövzu ətrafında müzakirələr aparmaqla yanaşı, yeni ideyalar da irəli sürmək lazımdır”.
İ.Aygun geostasionar orbitdə mövqe əldə etməyin əhəmiyyətli olduğunun vurğulayaraq bildirib ki, son illər bu sahədə vəziyyət çətinləşib: “Yalnız suveren ölkələr orbit mövqeyi üçün müraciət edə bilər. Biz 2015-ci ildə 52 dərəcə şərq orbit mövqeyinə tam koordinasiyalı şəkildə müraciət etmişdik”.
© "Report"
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 5 saat əvvəl
-
-
6 saat əvvəl
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
-
6 saat əvvəl
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Türkiyədə zeytun yağı qiymətlərində 10 faizə qədər əlavə artım gözlənilir
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Şaxta Baba şokdadır: Birmarket lotereyası başlayır!
Avtomobil lizinqi şirkəti illik 16.5%-lə borc alır
Mehmanxana binaları xüsusi texniki şərtlər əsasında layihələndiriləcək və tikiləcək
Avropa İttifaqının Rusiyadan qazı idxalında son tarix – 2028
Vəfat edən müştərinin 97 minlik ipoteka krediti ödənildi
İlham Əliyev Qazaxıstanda dövlət səfərindədir
Ən çox oxunanlar
Məcburi eniş edən AZAL təyyarəsi texniki baxışdan tam keçib və saz vəziyyətdə olub? - AZAL-DAN AÇIQLAMA
Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra maliyyə institutları ilə görüşüb
BOKT illik 14 faizlə 1 milyon manat borc alır
Oktyabrın 21-də gözlənilən hava şəraiti
Azərbaycanın lizinq şirkətinin səhmdarları dəyişdi
















.jpg)










.jpg)
