PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda növbəti “INMerge” İnnovasiya Sammiti keçiriləcək
Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap və investoru bir araya toplayan “INMerge” İnnovasiya Sammiti 2025-ci ildə özünə daha böyük hədəflər qoyaraq hazırlıqlara start verib. Bu il beşinci dəfə təşkil olunacaq "INMerge” sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq.
PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi regionda innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.
Xatırladaq ki, 2024-cü ildə “INMerge” İnnovasiya Sammitində YouTube-un həmtəsisçisi Stiv Çen, Amazon-un vitse-prezidenti və texniki direktoru Verner Vogels, Starbucks şirkətinin həmtəsisçisi Zev Siegl, Waze şirkətinin təsisçisi Uri Levine, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev kimi spikerlar qoşulublar.
Qeyd edək ki, 2025-ci il sammitində çıxış edəcək təsdiqlənmiş spikerlər tezliklə elan olunacaq. Hazırda sammit bilet satışlarını www.inmerge.az ünvanında elan edib.
Ətraflı məlumat əldə etmək üçün sammitin rəsmi veb-saytına və sosial media hesablarına müraciət etməyiniz kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb





















.jpg)


