“AFB Bank”da Biznes bankçılıq üzrə müşavir təyinatı
Hüseyn Bağırlı “AFB Bank”ın İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir təyin edilib“AFB Bank” ASC yüksələn inkişaf strategiyalarını davam etdirmək məqsədilə, bankın İdarə Heyəti sədri yanında Biznes bankçılıq üzrə müşavir vəzifəsinə Hüseyn Bağırlını təyin etdiyini açıqlayıb.
Hüseyn Bağırlının təhsil və peşəkar fəaliyyəti
Qeyd edilib ki, Hüseyn Bağırlı 08 yanvar 1991-ci ildə anadan olub. 2008–2012-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Marmara Universitetinin “Bank işi və sığorta işi” fakültəsində ali təhsil alıb və bakalavr dərəcəsini yüksək nəticə ilə başa vurub.
2012-ci ildən bank sektorunda fəaliyyətə başlayan Hüseyn Bağırlı “YapıKredi Bank”da korporativ və kiçik və orta biznes (SME) kreditlərinin verilməsi sahəsində işləyərək zəngin təcrübə qazanıb. O, müxtəlif banklarda korporativ kredit portfelinin idarə edilməsi və SME seqmentlərinin inkişafı üzrə mühüm uğurlara imza atıb.
Karyerası boyunca Hüseyn bəy korporativ kreditlər və SME seqmentlərinin inkişafı sahəsində ixtisaslaşaraq bir neçə aparıcı bankda məsul vəzifələrdə çalışıb. O, kredit proseslərinin optimallaşdırılması, risklərin idarə olunması və müştəri məmnuniyyətinin artırılması istiqamətlərində mühüm uğurlar əldə etmişdir. Ən son olaraq, bank sektorunda Biznes Sahəsinin Baş Direktoru kimi çalışaraq strateji layihələrə rəhbərlik etmiş və yeni biznes imkanlarının yaradılmasında aktiv rol oynamışdır.
Yeni vəzifədə gözləntilər
Bildirilib ki, Hüseyn Bağırlı “AFB Bank” ASC-də İdarə Heyəti Sədri yanında Biznes Bankçılıq üzrə Müşavir kimi korporativ strategiya, biznes planlaşdırma və digər strateji bölmələrə dəstək verəcək, bankın rəqəmsal transformasiya və bazar genişləndirmə hədəflərinin reallaşmasında fəal iştirak edəcək.
"Onun, sahib olduğu təcrübə və biliyi tətbiq edərək, bankımızın strateji hədəflərinə çatmasında əvəzolunmaz rol oynayacağına inamımız tamdır. “AFB Bank” ailəsi olaraq Hüseyn Bağırlıya yeni vəzifəsində uğurlar arzulayırıq.", - məlumatda deyilir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 7 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)





.jpg)


.jpg)









