Kapital Bank-da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
(®) Ölkənin birinci bankı Kapital Bank gənclərin, xüsusən də tələbələrin yeni təcrübələr qazanmasına və şəxsi inkişafına dəstək olmağa davam edir. Bu dəfə bank daxilində dörd ali məktəbin tələbələri üçün xüsusi təlimlər təşkil edilib. Gənclərin maliyyə və müştəri təcrübəsi sahələrində biliklərinin artırılması məqsədi ilə həyata keçirilən layihə ötən həftə baş tutub.
İlk olaraq Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlıq çərçivəsində təşkil olunan ekskursiyada ali məktəbin tələbələri bankın maliyyə şöbələri ilə tanış olublar. Təlim hissəsində tələbələr maliyyə uçotu, daxili mühasibatlıq, maliyyə təhlili və idarəetmə, maddi motivasiya, requlyativ hesabatlıq sahələrində tətbiq edilən ən son yeniliklərlə tanış olub, onları maraqlandıran suallara cavab alıblar.
“CX day” adlı növbəti layihə isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələri üçün təşkil edilib. Tədbir çərçivəsində bankın ekspertləri müştəri təcrübəsinin analizi və öyrənilməsi, məhsulun yaradılması və inkişafında müştəri təcrübəsinin rolu mövzusunda öz biliklərini tələbələrlə paylaşıblar. Həmçinin, bu istiqamətdə karyera qurmaq şəxsi inkişaf strategiyası da onlara təqdim edilib.
Bank gənc kadrların inkişafına yönəlmiş təşəbbüslərlə onların karyera yolunda daha da irəliləmələrinə yardım etməyi və peşəkar inkişaflarına dəstək olmağı hədəfləyir. Qeyd edək ki, layihələr davamlıdır və il sonunadək digər tələbələr də bu təcrübədən faydalana biləcəklər.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
4 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
-
7 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
9 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 17 d. əvvəl
- 19 d. əvvəl
- 28 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Ən çox oxunanlar
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir


























