Britaniya şirkəti “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başlayıb
Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti mayın 19-da Gədəbəy rayonunda yerləşən “Gilar” qızıl yatağında tammiqyaslı hasilata başladığını elan edib.
Bu barədə şirkətin məlumatına istinadən xəbər verilir.
"Hazırda hasilat “4-cü Zona”da aparılır. Əvvəlcə filiz dore ərintisi şəklində qızılın çıxarılması üçün qələvi üsulu ilə sonra isə mis konsentratı əldə etmək üçün flotasiya metodu ilə emal ediləcək. Şirkət gündəlik təxminən 2 min ton filiz çıxarmağı planlaşdırır", - məlumatda bildirilib.
Şirkətdən vurğulanıb ki, “Gilar” “Anglo Asian Mining”in orta səviyyəli mis istehsalına keçidi kontekstində mühüm aktivdir.
Gözlənilir ki, hasilat həcmlərinin tədricən artırılmasından sonra yataqda hasilat ayda 50-60 min ton filizə çatacaq.
“Gilar”da tam miqyaslı hasilatın başlanması barədə məlumat verməkdən məmnunuq. 54 min tondan çox mis və 255 min unsiya qızıl ehtiyatları ilə “Gilar” orta səviyyəli mis istehsalına keçid strategiyamızda mühüm rol oynayacaq", - “Anglo Asian Mining”in baş direktoru Reza Veziri qeyd edib.
Daha əvvəl bildirildiyi kimi, “Gilar” yatağında ilk filizin hasilatı cari ilin mart ayında başlayıb.
"4-cü Zona”da filiz ehtiyatları 2,4 milyon ton həcmində qiymətləndirilir. Filizdə misin miqdarı 1,47 %, qızılın miqdarı isə 1,78 q/t təşkil edir.
Ümumilikdə, 2025-ci ildə AAM yataqdan təxminən 400 min ton filiz hasil etməyi nəzərdə tutur.
“Gilar” yatağı Gədəbəy müqavilə sahəsində şirkətin emal obyektlərindən təxminən 7 km məsafədə yerləşir. Yatağın JORC standartı üzrə ümumi mineral ehtiyatları 54 min ton mis və 255 min unsiya qızıl təşkil edir.
Strateji inkişaf planına əsasən, AAM 2029-cu ilə qədər orta səviyyəli çoxprofilli mis və qızıl istehsalçısına çevrilməyi planlaşdırır. Həmin vaxta qədər mis şirkətin əsas məhsulu olacaq və hasilat təxminən 50-55 min ton həcmində proqnozlaşdırılır. AAM bu artıma 2025-2029-cu illərdə “Zəfər”, “Gilar”, “Xarxar” və “Qaradağ” yataqlarında dörd yeni mədənin istismara verilməsi hesabına nail olmaq niyyətindədir.
Xatırladaq ki, hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. 1997-ci il avqust ayının 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə 6 yatağın işlənməsini nəzərdə tutub. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı 49 % təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 11 saat sonra
-
- 7 saat sonra
-
9 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
10 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
10 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb












.jpg)












.jpg)
