Vəfa Musayevə Birbank-ın dəstəyi ilə bayrağımızı Everest zirvəsinə sancdı
(®) Azərbaycanlı alpinist Vəfa Musayeva dünyanın ən hündür nöqtəsi olan Everest zirvəsini fəth edərək tarixi bir uğura imza atdı. Bu möhtəşəm nailiyyətə gedən yolda onun əsas tərəfdaşlarından biri isə Birbank oldu.
8848 metr yüksəklikdə yerləşən Everest dağı Nepal və Çin sərhədində, Himalay dağ silsiləsində yerləşir. Bura qalxmaq coğrafi baxımdan ən çətin zirvələrindən biri sayılır. Ekstremal hava şəraiti, -40°C-yə qədər düşən temperatur, oksigen çatışmazlığı, güclü küləklər və yüksək risklər alpinistlər üçün bu səyahəti son dərəcə çətin və təhlükəli edir. Bu səbəbdən Everestə qalxmaq yalnız fiziki güc deyil, həm də yüksək iradə, psixoloji dayanıqlılıq və illərlə davam edən ciddi hazırlıq tələb edir.
“Mən səkkiz ildir Everesti fəth etməyi düşünürdüm. Lakin son iki ildə bu məqsəd üçün çox ciddi hazırlaşırdım” – deyə Bakıya qayıtdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Vəfa Musayeva bildirib. “Çətinliklərin çox olmasına baxmayaraq, mən bunu bacardım”.
Vəfa Musayeva bildirib ki, bu zirvəyə aparan yolda Birbank-ın dəstəyi onun üçün xüsusi rol oynayıb: “Birbank komandası mənimlə hər gün əlaqə saxlayır, motivasiya verirdi. Mən onların dəstəyini daim hiss edirdim. Bu qədər inam və dəstək qarşısında mən də Azərbaycan üçün irəli getdim”.
O, zirvəyə çatdığı anı isə belə xatırlayır: “Zirvəyə çatanda özümdən asılı olmadan bir də gördüm ki, alnımı Everestə qoymuşam. Ona məni qəbul etdiyi üçün təşəkkür etdim. Dağlar həqiqətən də müqəddəs yerlərdir. O səni çağırmalı və qəbul etməlidir. Mən buna inanıram. Daha sonra bayrağımızı səmaya qaldırdım və emosional duyğular yaşadım. Külək və şaxta idi, orada çox qalmaq olmazdı. Ancaq bayrağımızla şəkil və qısa bir video çəkdirə bildim, daha sonra geri qayıtdım”.
Qeyd edək ki, Birbank bir çox istiqamətlərdə qadınların liderlik və təşəbbüskarlıq sahələrindəki inkişafını hər zaman dəstəkləyir və Vəfa Musayevanın bu uğurunu qadın gücünün, qətiyyətin və milli qürurun parlaq nümunəsi kimi qiymətləndirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
5 d. əvvəl
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
-
-
7 d. əvvəl
Birbank Biznes-in Visa Sahibkar kartı indi tamamilə pulsuz və yeni dizaynda
-
10 d. əvvəl
"TuranBank" “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb
-
11 d. əvvəl
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
- 20 d. əvvəl
- 22 d. əvvəl
- 31 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub
Rusiya “Telegram”ı bloklamağa başlayıb
Dövlət Statistika Komitəsinə sədr təyin edildi
Ən çox oxunanlar
vətəndaşların ən çox üzləşdiyi fırıldaqçılıq halları
Naxçıvan iqtisadiyyatı 3 %-dən çox böyüyüb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir




























