Mikayıl Cabbarova daha bir vəzifə verildi
İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı (İİB) Qrupunun Müdirlər Şurasının sədri təyin olunub. Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək.Əlcəzairdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyini təhvil alması ilə bağlı tədbir keçirilib.
İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.
Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.
Tədbirdə iqtisadiyyat naziri, Azərbaycanın İslam İnkişaf Bankı üzrə müdiri Mikayıl Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib.
Qeyd olunub ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.
Vurğulanıb ki, Azərbaycan Bankla səmərəli əməkdaşlıq edir və indiyədək birgə enerji, su təchizatı, infrastruktur, şəhərsalma və digər istiqamətlərdə dəyəri təxminən 1 milyard dollar olan layihələr icra olunub. Xüsusilə, işğaldan azad olunmuş ərazilərdə Bankla birgə həyata keçirilməsi nəzərdə tutulan “Qız qalası” su anbarından suvarma kanalının çəkilişinə dair layihənin önəmi qeyd olunub.
Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.
Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir.
Qeyd edək ki, 1973-cü ildə yaradılmış İslam İnkişaf Bankının baş qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə maliyyələşməni həyata keçirən İslam İnkişaf Bankı Qrupu Bank, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, İnkişaf üzrə İslam Həmrəylik Fondu kimi strukturlara malikdir. 57 ölkə Bankın üzvüdür. Azərbaycan 1992-ci ildən Banka üzv olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 12 saat sonra
-
-
1 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
3 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
3 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
-
4 saat əvvəl
"Azərbaycan nümayəndə heyətinin Ermənistana səfəri tarixi hadisə idi"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Ən çox oxunanlar
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub
2 şirkət “Grand-Agro” şirkətinə qoşulub
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
"FERRUM Kapital”ın 1 milyon manat borclanması üzrə qərar verilib






.jpg)
.jpg)







.jpg)





