Azərbaycan Kapital Bazarları Assosiasiyasının Direktorlar Şurasına sədr seçilib
Maliyyə İnvestisiya Forumu keçirilir
23 may 2025-ci il tarixində Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA) və Facemark şirkətinin birgə təşkilatçılığı ilə Azərbaycanın maliyyə və investisiya mühitində əlamətdar hadisə olan Maliyyə İnvestisiya Forumu keçirilir.
Tədbirin əsas məqsədi ölkədə kapital bazarlarının inkişafına, maliyyə savadlılığının artırılmasına, investisiya mühitinin təkmilləşdirilməsinə və yerli bazarın beynəlxalq trendlərə inteqrasiyasına diqqət çəkməkdir. Forumda dövlət qurumlarının nümayəndələri, aparıcı maliyyə institutları, banklar, investisiya şirkətləri, fond birjası, sahibkarlar və media təmsilçiləri iştirak edərək geniş fikir mübadiləsi aparırlar.
Forum çərçivəsində Azərbaycan Kapital Bazarları Assosiasiyasının fəaliyyəti ilə bağlı mühüm struktur dəyişiklikləri ictimaiyyətə təqdim olundu. Bildirildi ki, Assosiasiya fəaliyyətini bundan sonra yeni ad altında davam etdirəcək.
Eyni zamanda, Assosiasiyanın idarəetmə modelində də dəyişikliklər baş verib. Əvvəllər İdarə Heyəti əsasında fəaliyyət göstərən təşkilat müasir korporativ idarəetmə standartlarına uyğun olaraq Direktorlar Şurası modelinə keçid edib. Bu dəyişiklik Assosiasiyanın daha çevik və effektiv fəaliyyət göstərməsinə, strategiya səviyyəsində qərarların daha peşəkar şəkildə qəbuluna şərait yaradacaq.
Yeni yaradılmış Direktorlar Şurasının sədri vəzifəsinə isə kapital bazarları sahəsində çoxillik təcrübəyə malik Orxan Bağırov seçilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Ziraat Bank Azərbaycan”dan yüksək göstəricilərlər - mənfəəti 63% artıb
-
- 3 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Xalq Bank və Qatar Airways əməkdaşlığı müştərilərə xüsusi fürsətlər təqdim edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bank Respublika 2025-ci ilin 9 ayı üzrə maliyyə nəticələrini açıqladı
- 9 saat əvvəl
Son Xəbərlər

AYNA Nazirlər Kabinetinin taksilərə dair qərarını şərh edib

“Unibank”ın son maliyyə vəziyyəti məlum oldu

"AFB Bank" 9 ay üzrə maliyyə nəticələrini açıqladı
.png)
Expressbankın biznes kreditləri portfeli 10% artıb

"Premium Bank"ın əməliyyat mənfəəti artıb

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Bank “BTB” maliyyə göstəricilərini açıqladı

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni şirkət

“VTB Azərbaycan” mənfəətini kəskin artırıb

Kapital Bank sürət yığır – gəlirlər və kreditlər rekord həddə

Notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin nəzərinə

Mastercard və Göygöl Şərab Zavodu “Priceless” təcrübəsini yenidən Azərbaycana gətirdi
