Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəhbərliyi Xankəndi şəhərinə səfər edib. Səfər çərçivəsində Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Universitetinin rektoru Şahin Bayramovla görüşüb.
Xidmətin yaydığı məlumatda bildirilir ki, görüş zamanı Qarabağ Universitetinin mənəvi əhəmiyyəti, təhsil sahəsində mühüm mövqeyi və vergi mədəniyyətinin yüksəldilməsində potensial rolu barədə fikirlərini bölüşən Orxan Nəzərli Dövlət Vergi Xidmətinin təhsil müəssisələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, tədrisin cəmiyyətdə vergi orqanlarının real funksiyası barədə düzgün fikirlərin formalaşdırılmasında, biznes mühitində vergi öhdəliklərinə intizamı artırmaq və vergi ödəməyin sosial-iqtisadi əhəmiyyətini aşılamaq üçün bu biliklərin gənclərə və yeniyetmələrə düzgün çatdırılmasında əhəmiyyətini qeyd edib.
Sonra Dövlət Vergi Xidməti və Qarabağ Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər.
Görüş çərçivəsində DVX rəhbərliyi Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu ilə tanış olub, müəllim və tələbə heyəti ilə görüşüb. Universitetin rektoru Şahin Bayramov qonaqlara tələbələrin qəbulu ilə bağlı statistik göstəricilər barədə ətraflı məlumat verib. Rektor işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərməyin qürurundan bəhs edərək vurğulayıb ki, tarixi zəfərin qazanıldığı torpaqlarda dövlətçilik ideyalarına sadiq gənclərin yetişdirilməsi universitetin əsas prioritetlərindəndir. Şahin Bayramov Qarabağ Universitetinin tələbələrinin hələ birinci kursdan etibarən müxtəlif elmi konfranslarda, beynəlxalq layihələrdə uğurla iştirak etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, universitetin rəhbərliyi gənclərin regionun tələbatına uyğun yüksək ixtisaslı kadrlar kimi yetişdirilməsi istiqamətində Dövlət Vergi Xidmətinin timsalında müxtəlif təşkilat və qurumlarla faydalı əməkdaşlıqda maraqlıdır.
DVX-nin rəisi Orxan Nəzərli görüş zamanı yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasında Qarabağ Universitetinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu tədris ocağının təsis edilməsi dövlətimizin işğaldan azad olunmuş ərazilərdə təhsilə dəstəyinin ifadəsidir. Bu addımlar bölgədə təhsil ənənələrinin bərpasına, gənclərin təhsilə olan marağının artmasına və regionun inkişafına təkan verir. Orxan Nəzərli görüş iştirakçılarına ölkəmizdə vergi inzibatçılığının inkişaf prioritetləri, vergi orqanlarının fəaliyyəti, “Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə Strategiyası”, tədrisə yanaşmalar və peşəkar səriştələrin artırılması istiqamətində tədbirlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, cəmiyyətdə vergi intizamının yüksəldilməsində maarifləndirmə işinin mühüm rolu var və bu baxımdan, Qarabağ Universiteti ilə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir. Görüş iştirakçılarına, həmçinin, DVX-də təcrübə keçmək və işə qəbul imkanları barədə məlumat verilib. Vurğulanıb ki, bu imkanlar tələbələrin vergi sahəsində praktiki təcrübə qazanmasına, eləcə də gələcəkdə ixtisaslı kadr kimi formalaşmasına şərait yaradır. DVX bu istiqamətdə gənclərin inkişafına xüsusi önəm verir.
Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
1 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
2 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
BOKT investorlara illik 18% gəlir təklif edir
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
Ən çox oxunanlar
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb
Bank kartları dələduzların hədəfinə necə çevrilir?























