“Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri 2 dəfədən çox artıb
“Zəyəm Texnologiyalar Parkı” ASC 2024-cü ili 4 milyon 77 min manat xalis zərər ilə başa vurub. Şirkət 2023-cü ili 1 milyon 725 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, 2024-cü ildə 2023-cü illə müqayisədə “Zəyəm Texnologiyalar Parkı”nın xalis zərəri 2 milyon 352 min manat və ya 2,4 dəfə artıb.
GƏLİRLƏRİ AZALIB
Marja.az xəbər verir ki, “Zəyəm Texnologiyalar Parkı”nın əsas əməliyyat gəlirləri 2023-cü ildə 7 milyon 942 min manat ikən, 2023-cü ildə 6 milyon 528 min manat təşkil edib (1 milyon 414 min manat və ya 21,6 % azalıb).
Ötən il “Zəyəm Texnologiyalar Parkı”nın sair əməliyyat xərcləri 3 dəfə artaraq 3 milyon 514 min manat təşkil edib. Gəlirlərin azaldığı bir ildə xərclərin isə artması “Zəyəm Texnologiyalar Parkı”nın xalis zərərinin daha yüksək məbləğdə olması ilə nəticələnib.
ŞİRKƏT KİÇİLİB
31 dekabr 2024-cü il tarixində “Zəyəm Texnologiyalar Parkı” ASC 16 milyon 85 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 22 milyon 874 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, “AZMADE Group”-a daxil olan Zəyəm Texnologiyalar Parkı (ZTP) müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,konteynerlər, silolar, çənlər, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif tipli sənaye qəliblər, kənd təsərrüfat aqreqatları, bina, tunel, yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar, ekskavatorlar, qreyderlər, buldozerlər) ehtiyat hissələri (vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsal edir. Həmçinin ZTP sənaye zavodlarının tikintisi və quraşdırılması fəaliyyəti ilə də məşğuldur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
18 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























