"Assist Finance"ın gəlirləri və xalis mənfəəti artıb
"Assist Finance İnvestisiya Şirkəti" ASC 2024-cü ili 700 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2023-cü ili 657 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, "Assist Finance"ın xalis mənfəəti 2024-cü ildə 2023-cü illə müqayisədə 43 min manat və ya 6,5% artıb.
Marja.az Şirkətin 31 dekabr 2024-cü il tarixində bitən il üzrə Maliyyə Hesabatlarına istinadən xəbər verir ki, "Assist Finance İnvestisiya Şirkəti"nin 2023-cü ildə cəmi gəlirləri 1 milyon 625 min manat ikən, 2024-cü ildə 2 milyon 161 min manat təşkil edib (536 min manat və ya 33% artıb).
31 dekabr 2024-cü il tarixində "Assist Finance İnvestisiya Şirkəti" ASC 8 milyon 874 min manat cəmi aktivlərə malik olub. Şirkət 2023-cü ilin sonunda 2 milyon 399 min manat cəmi aktivlərə malik idi. Aktivlərin kəskin artması yüklü olan maliyyə aktivlərinin 6,5 dəfə artaraq 6 milyon 500 min manata yüksəlməsilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
7 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
9 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 9 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
10 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
10 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
10 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
10 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)


.jpg)












.jpg)

