"Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil"
ABŞ Federal Ehtiyat Sistemi (FED) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilməsi xəbərindən sonra digər aparıcı valyutaların, o cümlədən milli pulun kursunun və eləcə də strateji məhsulların qiymətinin necə dəyişəcəyi məsələsi daha da aktuallaşıb. Bu baş verərsə nələr dəyişəcək?
Tramp Administrasiyası ABŞ-ın ixrac imkanlarının genişləndirilməsi üçün ucuz dollarda maraqlıdır. Ağ Ev “xarici ticarət savaşında” ucuz dollar ilə ixrac həcmini artırmaq və Birləşmiş Ştatlara idxalın həcmini azaltmağı hədəfləyir.
"Marja" xəbər verir ki, iqtisadçı Vüqar Bayramov hesab edir ki, FED-in uçot stavkasının sıfırlanması fonunda dolların aparıcı valyutalara nisbətən ucuzlaşması baş verərsə o zaman qızıla tələbin artması müşahidə ediləcək:
"Bir tərəfdən ucuz dollar strateji məhsul olan qızılın qiymətini yüksəldə, digər tərəfdən isə qlobal valyuta bazarındakı qeyri-müəyyənlik bu qiymətli metala marağı artıra bilər. Son 6 ayda dünya bazarında qızılın qiyməti 10.6 faiz artaraq bir unsiyası 1326 dollara çatıb. Bu qızılın hər qramının qiymətinin dünya bazarında artıq 43 dollara yaxınlaşması deməkdir. Amma digər tərəfdən, məhz həmin müddətdə dollar avro nisbətən təxminən eyni səviyyədə ucuzlaşıb. Bu isə o deməkdir ki, qızılın avro ifadəsində qiyməti son 6 ayda nəinki artıb, əksinə 1.3 faiz aşağı düşüb. Deməli, qızılın dirçəlməsi daha çox dolların ucuzlaşması ilə bağlıdır. Belə olan halda isə, uçot stavkasının sıfırlanması qızılın dollar ifadəsində qiymətini artıra bilər.
Bu halda avronun məzənnəsi birbaşa Avropa Mərkəzi Bankının reaksiyasından, o cümlədən gələn ay keçirilən yığıncağında qəbul edilən qərarlardan asılı olacaq. 2017-ci ildə avro-zonada bondların yerləşdirilməsi müddəti başa çatır və yeni emissiyanın necə və hansı formada olması ilə bağlı Avropa Mərkəzi Bankı qərar verməlidir.
Sentyabrın 9-da Avropa Mərkəzi Bankı uçot stavkasının dəyişdirilməməsi barədə qərar qəbul edib. Praktik olaraq, avropalılar da ixarcda müqayisəli üstünlüklərini itirməmək üçün bahalı avroda maraqlı görsənmirlər. Bununla belə, uçot stavkasının sıfırlanması avronun müəyyən dəyər qazanmasına gətirib çıxara bilər. Bu halda onun hansı səviyyəyədək davam edə bilməsi isə birbaşa Avropa Mərkəzi Bankı qərarlarından asılı olacaq.
Uçot stavkasının sıfırlanmasının manata birbaşa təsir edəcəyi gözlənilmir. Belə görsənir ki, Azərbaycan Mərkəzi Bankı manatın kəskin bahalaşmasında maraqlı deyil. Əks halda hərraca çıxarıb və satılmayan dollarlar manatı bahalaşdırardı. Mərkəzi Bank indiki halda manatın mövcud məzənnədən çox dəyər qazanmasında imkan vermir və bu siyasətin davam edəcəyi də gözləniləndir. Çünki optimal kurs qeyri-neft ixracatının stimullaşdırılması baxımdan çox vacibdir. Bununla belə, FED-in uçot stavkasının sıfırlanması baş versə də belə də yenə də idxal məqsədi ilə digər inkişaf etməkdə olan ölkələrdə olduğu kimi Azərbaycanda da dollara tələb qalacaq".
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub

























