“Ötən il bankımızda müştəri köçürmələri 16% artaraq 14 milyard manata yaxınlaşıb”
2024-cü ildə “PAŞA Bank”da müştəri köçürmələri (dövriyyə) 15,8% artaraq 113 milyard 944 milyon 625 min manat təşkil edib.
Marja xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədriCavid Quliyev bildirib.
2023-cü ildə Bankda müştəri köçürmələri 98 milyard 426 milyon 748 min manat təşkil etmişdi.
Cavid Quliyev müştərilərə verilmiş kreditlərə toxunaraq qeyd edib ki, ötən il "PAŞA Bank"ın kredit portfeli 18,2% artaraq 3 milyard 360 milyon 976 min manata çatıb. O cümlədən, fərdi sahibkarlara verilmiş kreditlər 28.5% artaraq 103 milyon 316 min manata, hüquqi şəxslərə verilmiş kreditlər 15,3% artaraq 2 milyard 899 milyon 671 min manata qalxıb.
“PAŞA Bank” ASC 2024-cü ili 214 milyon 535 min manat xalis mənfəət ilə başa vurub (-21.0%)
Qeyd edək ki, mətbuat konfransında rəqəmlər "PAŞA Bank Azərbaycan"ın müstəqil auditorlar tərəfindən təsdiqlənmiş fərdi maliyyə hesabatına əsasən təqdim edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
1 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
18 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 18 saat əvvəl
-
19 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan bankı BOKT-yə çevrildiyini elan etdi
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Ən çox oxunanlar
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib























