“CASPİAN FİNANCE BOKT”ın nizamnamə kapitalı kəskin artırıldı
“CASPİAN FİNANCE BOKT” MMC-nin payçılarının 29 May 2025-ci il tarixli Ümumi Yığıncağının qərarına əsasən Təşkilatın nizamnamə kapitalı 5 milyon manat artırılıb.
Marja.az xəbər verir ki, “CASPİAN FİNANCE BOKT”ın nizamnamə kapitalı 2 dəfə artırılaraq 10 milyon manata çatdırılıb. Bugünədək BOKT 5 milyon manat nizamnamə kapitalına malik idi.
Beləliklə, “CASPİAN FİNANCE BOKT” Azərbaycanda iri məbləğdə nizamnamə kapitalına malik Bank Olmayan Kredit Təşkilatlarından (BOKT) birinə çevrilib.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2023-cü il tarixli BKT-46 nömrəli lisenziya əsasında xidmətlər göstərən “CASPIAN FINANCE BOKT” 14 Dekabr 2023-cü il tarixindən aktiv fəaliyyətə başlayıb. Təşkilat biznes və əhaliyə kreditlərin verilməsilə məşğul olur.
Təşkilatın payçıları 3 fiziki şəxsdir.
Xatırladaq ki, mikro, kiçik, orta bizneslərə və əhaliyə kreditlərin verilməsilə məşğul olan “CASPIAN FINANCE BOKT” MMC 2024-cü ili 472 min manat mənfəətlə başa vurub. 31.12.2024-cü il tarixində təşkilatın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 8 milyon 842 min manata, cəmi aktivləri isə 9 milyon 271 min manata çatıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur




















