"Lizinq haqqında" qanun layihəsinin hazırlanması yubadılır
Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair strateji yol xəritəsində nəzərdə tutulmuş ölkədə lizinq və alternativ maliyyə alətləri (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) bazarının inkişaf etdirilməsi ilə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyəyə çıxışının asanlaşdırılması prioriteti çərçivəsində 2017-ci il üçün nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində cari ilin ilk yarısında iş aparılmayıb.
Bu barədə strateji yol xəritəsinin yanvar-iyun ayları ərzində icra vəziyyətinə dair monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Planlaşdırılmış tədbirlər arasında "Lizinq haqqında" qanun layihəsinin hazırlanmasıdır. Burada əsas icraçı qurum Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP), digər icraçı qurumlar isə Ədliyyə və İqtisadiyyat nazirlikləridir. Sənəddə qeyd edilib ki, icra müddəti 2017-ci il olan tədbirin icrasına hələ başlanılmayıb. Əlaqələndirici qurumdan verilən məlumatda qeyd edilib ki, lizinq fəaliyyətinin genişləndirilməsi istiqamətində MBNP tərəfindən beynəlxalq təcrübənin araşdırılmasına başlanılıb. Bununla yanaşı, statistik bazanın və qanunvericilik çərçivəsinin təkmilləşdirilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Dünya Bankı ilə əməkdaşlıq üçün müraciət olunub və texniki dəstəyin göstərilməsi ilə bağlı ilkin nəticələr əldə edilib.
Planlaşdırılan digər tədbir isə lizinq fəaliyyətinin tənzimlənməsi və güzəştlərin tətbiqidir. Tədbirin icra müddəti 2017-2018-ci illərdir. Bu tədbirin də icrasına başlanılmayıb. Burada əsas icraçı qurum MBNP, digər icraçı qurumlar isə İqtisadiyyat və Vergilər nazirlikləridir.
Sonuncu planlaşdırılan tədbir isə KOS subyektlərinin maliyyələşdirilməsində alternativ maliyyə alətlərindən (forvard, fyuçers, opsion, svop, faktorinq və s.) istifadənin genişləndirilməsidir. Burada əsas icraçı qurum MBNP, digər icraçı qurumlar isə Mərkəzi Bank və İqtisadiyyat Nazirliyidir. İcra müddəti 2017-2020-ci illər olan bu tədbirin də icrasına başlanılmayıb. Əlaqələndirici qurumdan verilən məlumata görə, hesabat dövründə yerli bazarda törəmə qiymətli kağızların ticarətinin təşkil edilməsi və beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı işlərə başlanılıb. Bu istiqamətdə törəmə maliyyə alətləri bazarının tənzimlənməsi və nəzarəti, tənzimlənən bazarda törəmə maliyyə alətlərinin ticarətə buraxılması və tədavülü, bu alətlər üzrə öhdəliklərin müəyyən edilməsi və icrası, hesabatlığı, həmçinin müxtəlif baza aktivlərinə əsaslanan fyuçers, opsion və svop müqavilələrinin formada fond birjasında təşkili üzrə beynəlxalq təcrübənin öyrənilməsinə başlanılıb.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
7 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
9 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
10 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Ən çox oxunanlar
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti






















