“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib
Azərbaycanda neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərən “Lukoil Azərbaycan” şirkətində rəhbərlik dəyişib.
Məlumata görə, şirkətə altı ildir rəhbərlik edən Zaur Cəlilov vəzifəsindən ayrılıb.
Onu bu postda Rasim Əmiraslanov əvəzləyib.
Zaur Cəlilov 2019-cu ildən şirkətin direktoru təyin edilmişdi. O, “Lukoil Azərbaycan”dan öncə “LUKOIL Italia S.r.l. (Roma)” şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib.
Buna qədər şirkətin direktoru vəzifəsində Eduard Muxametov Çulpanoviç, Şahin Əliyev Alcan oğlu və Aydar Abdullın rəhbərlik edib.
Xatırladaq ki, “LUKOil Azərbaycan” Rusiyanın “LUKOil” şirkətinin Azərbaycandakı törəmə müəssisəsidir. “LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və hazırda ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOİL” brendi altında fəaliyyət göstərir. Şirkət 7.73 milyon manat nizamnamə kapitalına malikdir.
© "Banker"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)
.jpg)





.jpg)



