MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı!
Güzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər “Ziraat Bank Azərbaycan” ASC tərəfindən təklif olunan güzəştli ipoteka kreditindən faydalana bilərlər. Bu kreditlər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış komplekslərindən mənzil əldə etmək istəyən vətəndaşlara İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına təqdim olunur.
Qeyd edək ki, MİDA tərəfindən satışa çıxarılan güzəştli mənzillərin üstünlüyü, qiymətlərinin yerləşdiyi ərazilər üzrə bazar qiymətindən daha aşağı olmasıdır. Eyni zamanda, bu mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunur. “Ziraat Bank Azərbaycan” ASC və “MİDA” MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu mənzillərin əldə edilməsi üçün güzəştli ipoteka krediti 100 000 AZN-dək məbləğdə, 30 ilədək müddətə, illik 4 % və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təklif olunur. MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az ) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək istəyən şəxslər kredit müraciətlərini Ziraat Bank Azərbaycanın Bakı şəhərində yerləşən 7 filialına (Müştəri Xidmətləri Departamenti, İçərişəhər, Əhməd Rəcəbli, Azadlıq, Səməd Vurğun, Babək və Sədərək filialları), Sumqayıt şəhərində yerləşən Sumqayıt filialına və Gəncə şəhərində yerləşən Gəncə filialına ünvanlaya bilərlər. Ziraat Bank Azərbaycanın filialları həftə içi hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir və müştərilərə yüksək səviyyəli xidmət təqdim edir.
Müştərilər güzəştli ipoteka krediti almaq hüququna malik olan şəxslərin siyahısı və ətraflı şərtlərlə Bankın rəsmi internet səhifəsində tanış ola bilərlər. Link: MİDA İpoteka Krediti | Ziraat Bank
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
® Reklam
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 5 d. əvvəl
-
- 8 d. əvvəl
-
23 d. əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
1 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında mina varsa, götürün, əks halda nəticələri ağır olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
McDonald’s yenə təəccübləndirdi...
Rəsmi məzənnələr açıqlandı
Neft bazarına tarixi müdaxilə planı - QİYMƏTLƏR DÜŞDÜ
Ən çox oxunanlar
Milyarderlərin sayı 400 nəfər artaraq 3428-ə, sərvətləri 4 trilyon artaraq 20,1 trilyon dollara çatıb
"BioNTech" şirkətinin "ürəyi" və "beyni" şirkəti tərk edirlər - SƏHMLƏRİ 22% UCUZLAŞDI
Avropa İttifaqı Şurasının Prezidenti sabah Azərbaycana gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
























