“Gardashlar Mebel”dən daha bir nüfuzlu layihə – Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təchizatı yerli istehsalla təmin edilib
Bakıda yerləşən Özbəkistan Respublikasının yeni səfirlik binası “Gardashlar Mebel” şirkətinin istehsalı olan mebellərlə təchiz olunub.
2 iyul 2025-ci il tarixində baş tutan rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iştirak ediblər. İki ölkə arasında strateji tərəfdaşlığın rəmzi olan bu kompleksin interyer həlləri, funksional planlaması və mebel dizaynı xüsusi diqqətlə hazırlanıb. Layihə çərçivəsində idarəetmə otaqları, diplomatik qəbul zalları, konfrans sahələri və ümumi istifadə zonaları üçün mebellər və divar üzləmələri “Gardashlar Mebel”in istehsal fabrikində gerçəkləşdirilib. Seçilmiş materiallar, rəng palitrası və dizayn yanaşması binanın rəsmi funksiyasını və protokol tələblərini tam şəkildə nəzərə alır.
Layihə ilə bağlı açıqlama verən “Gardashlar Mebel”in təsisçisi Əli Mirzəyev bildirib ki, layihənin icrası zamanı həm texniki keyfiyyət, həm də simvolik məsuliyyət ön planda olub:
“Özbəkistanın Azərbaycandakı yeni səfirlik binasının mebel təminatı bizim üçün sadəcə bir layihə deyil, həm də qardaş ölkələr arasında inkişaf edən münasibətlərin etimad simvoludur. Biz bu layihədə yalnız funksionallığı deyil, həm də mədəniyyətlərarası harmoniya və estetik yanaşmanı əks etdirməyə çalışdıq.”
Əli Mirzəyev əlavə edib ki, “Gardashlar Mebel” olaraq diplomatik və dövlət səviyyəli layihələrdə iştirak etmək şirkətin istehsal və layihələndirmə potensialının göstəricisidir: “Bu cür yüksək səviyyəli layihələrin icrası sübut edir ki, yerli istehsal beynəlxalq tələblərə tam cavab verə bilir. Mebel istehsalında texniki dəqiqlik, dizaynda isə sadəlik və zəriflik əsas prioritetlərimizdir. “Gardashlar Mebel” bundan əvvəl də Bakıda yerləşən Qətər Dövlətinin səfirlik binasının mebel təminatını uğurla həyata keçirmiş və diplomatik sahədəki layihə portfelini genişləndirmişdir.”
Qeyd edək ki, “Gardashlar Mebel” 2015-ci ildən etibarən fəaliyyət göstərir və 450-dən çox əməkdaşı ilə ölkənin mebel sənayesində aparıcı istehsalçılardan biri olaraq tanınır. Şirkət son illərdə dövlət müəssisələri, diplomatik nümayəndəliklər, təhsil və səhiyyə müəssisələri üçün kompleks mebel təminatı layihələrini uğurla həyata keçirib. 2020-ci ildən etibarən isə məhsulların ixracına da başlanılıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 13 saat əvvəl
-
- 13 saat əvvəl
-
13 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
16 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























