Bu il də ən çox barama tədarükü Zərdabda aparılıb
Respublikada yaş barama tədarükü davam edir. Operativ məlumata əsasən, kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilibRespublikada yaş barama tədarükü davam edir. İyulun 8-dək kümçülər tərəfindən tədarük məntəqələrinə 186,6 ton yaş barama təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, hər il olduğu kimi bu il də ən çox barama tədarükü Zərdab rayonunda aparılıb. Zərdab kümçüləri tədarük məntəqələrinə 32,282 ton yaş barama təhvil veriblər.
2025-ci təsərrüfat ilində Zaqatala, Balakən və Ağcabədi rayonlarında da yüksək məhsuldarlıq qeydə alınıb. Bugünədək Zaqatalada 19,147 ton, Balakəndə 17,514 ton, Ağcabədidə 17,141 ton yaş barama tədarük olunub. Şəki (8628 ton), Qax (8029 ton), Bərdə (7343 ton), Füzuli (7254 ton), Tərtər (6540 ton), Ağdaş (5695 ton), Lənkəran (5426 ton) və Sabirabadda (5177 ton) yaş barama istehsalı 5 min tondan artıq olub.
Qutu başına düşən yaş barama istehsalına görə Zərdab rayonu liderdir. Rayon üzrə orta məhsuldarlıq qutu başına 50 kiloqram yaş barama təşkil edir. Orta məhsuldarlıq göstəricisi Qazax (49 kq), Cəbrayıl (Biləsuvar) (47 kq), Tovuz (46 kq), Zaqatala (43 kq) və Beyləqan (43 kq) rayonlarında da yüksək olub.
Azərbaycanda yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır.
Qeyd edək ki, bu il dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 6000 qutu ipəkqurdu toxumu paylanıb. Bunlardan 5000 qutu ipəkqurdu toxumu Çin Xalq Respublikasından tədarük edilib. Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Cari ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 12 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























