Afrikanın 4 ən varlı insanının sərvəti qitə əhalisinin yarısından çoxunun ümumi sərvətindən çoxdur
Oxfam-ın hesabatına görə, Afrikanın dörd ən varlı dollar milyarderinin sərvəti 750 milyon insanın sərvətindən çoxdur. 750 milyon nəfər qitə əhalisinin yarısına bərabərdir.Oxfam beynəlxalq təşkilatının dərc etdiyi "Afrikada gəlir bərabərsizliyi və super varlıların yüksəlişi" adlı hesabatda qitədə gəlir bərabərsizliyinin daha dərinləşdiyi ortaya çıxıb.
Marja xəbər verir ki. hesabatda qitə əhalisinin üçdə birindən çoxunun (460 milyon insan) ifrat yoxsulluq həddində yaşadığı qeyd edilib və ifrat yoxsulluğun durmadan artdığı vurğulanıb.
Afrikanın dünyada varlıların sərvətinin ən sürətlə artdığı və yoxsulluqla mübarizənin ən ləng getdiyi bölgələrdən biri olduğuna diqqət çəkən hesabatda qitənin ən varlı 4 adamı nigeriyalı iş adamı Aliko Dangote, cənubi afrikalı Johann Rupert və Nicky Oppenheimer və misirli Nassef Sawiris göstərilib.
Hesabatda bu dörd şəxsin 57,4 milyard dollar sərvətinin olduğu qeyd edilib ki, bu da qitə əhalisinin yarısına bərabər olan 750 milyon insanın ümumi sərvətindən çoxdur.
Hesabatda bu gəlir bərabərsizliyinin siyasi iradə çatışmazlığından qaynaqlandığı vurğulanıb və Afrika hökumətlərinin zənginlərə qarşı xüsusi vergi siyasəti həyata keçirmədiyi vurğulanıb.
Hesabatda zənginlərin tez-tez sərvətlərini xaricə köçürmələri və bununla da vergi sistemindən kənarda qalmağı bacardıqları barədə məlumatlar da yer alıb.
Həll yolu çox sadədir: varlılara vergi.
Qeyd olunub ki, qitədə təhsil və elektrik enerjisinə çıxış problemlərinin həlli üçün ən zəngin afrikalılardan əlavə 1 faiz sərvət vergisi və 10 faiz gəlir vergisi kifayət edəcək.
Hesabatda 2000-ci ildə qitədə dollar milyarderi olmadığı halda bu gün qitədə 23 milyarderin olduğu vurğulanıb və bu insanların ümumi sərvətinin son 5 ildə 56 faiz artdığı ortaya çıxıb.
Hesabatda gender bərabərsizliyinin şəxsi sərvətə təsirinə də diqqət çəkilərək, kişilərin sərvətinin qadınlardan 3 dəfə çox olduğu bildirilib. Bu baxımdan Afrika gender əsaslı sərvət fərqinin ən yüksək olduğu qitə olaraq da qeydə alınıb.
Hesabatda qeyd olunub ki, ifrat gəlir bərabərsizliyi təkcə yoxsulluğun azaldılmasına və iqtisadi artıma mane olmur, həm də demokratiyanı sarsıdır və gender bərabərsizliyini dərinləşdirir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 7 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























