"Bank Respublika" tanınmış döyüşçünün sponsoru oldu
Tariyel İsmayılov: "İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək". Rafael Fiziev: “Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var". Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində də iştirak edəcək.
Azərbaycanın aparıcı maliyyə institutlarından biri olan Bank Respublika, beynəlxalq arenada ölkəmizi uğurla təmsil edən UFC döyüşçüsü Rafael Fiziev ilə rəsmi sponsorluq əməkdaşlığı müqaviləsi imzalayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, bu əməkdaşlıq yalnız bir sponsorluq deyil, bu – ortaq dəyərlərin birliyidir. Güc, dayanıqlılıq, sürət, inam və qələbə ruhu – Bank Respublika və Rafael Fizievi birləşdirən əsas xüsusiyyətlərdir.
Əməkdaşlıq sazişi Bakıdakı Four Seasons Hotel-də keçirilən möhtəşəm təqdimat tədbiri çərçivəsində rəsmiləşib. Tədbirdə “Bank Respublika”nın təsisçiləri, tərəfdaşları, müştərilər, media nümayəndələri, həmçinin, Azərbaycana beynəlxalq arenada qələbələr qazandırmış tanınmış idmançılar — Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov və Xəyal Canıyev də iştirak ediblər.
“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov tədbirdə çıxış edərək bildirib: "Bank Respublika olaraq biz hər zaman Azərbaycan gəncliyinin, idmanın və uğur hekayələrinin yanında olmuşuq. İdman xalqımızı güclü edir. Biz isə Bank Respublika olaraq hər zaman xalqı öz nümunəsi ilə ruhlandıranların yanında olacağıq. İnanırıq ki, Rafael Fiziev parlaq qələbələr qazanaraq UFC kəmərini Azərbaycana gətirəcək".
Tədbirdə çıxış edən Rafael Fiziev bildirib ki, “Bank Respublika”nın yanaşması, dəyərləri və idmana verdiyi töhfə onun bu seçimi etməsində əsas rol oynayıb: “Mən rinqdə hər zaman qələbə üçün çıxıram. İndi arxamda güclü bir tərəfdaş var – Bank Respublika. Bu birliklə qarşıda daha böyük hədəflər var".
Əməkdaşlıq çərçivəsində Rafael Fiziev bankın reklam kampaniyalarında, sosial layihələrində və ictimai təşəbbüslərində iştirak edəcək.
Bank Respublika bu gün Azərbaycanda idmanın inkişafına önəmli töhfələr verən aparıcı qurumlardan biridir. Bank həmçinin Sabah futbol və basketbol klublarının, futbol üzrə milli komandanın, həmçinin ONE FC döyüşçüsü Akif Quluzadənin də rəsmi tərəfdaşıdır.
Qeyd edək ki, Bank Respublika ilə tərəfdaşlıq çərçivəsində Rafael Fiziev işğaldan azad olunmuş torpaqlarımıza da səfər etmişdir. Səfər çərçivəsində Hadrut, Füzuli, Şuşa və Xankəndində olan UFC ulduzu bununla bağlı sosial şəbəkə səhifəsində “Qarabağ – Azərbaycandır!” paylaşımı etmiş və azarkeşlərinin böyük rəğbətini qazanmışdır.
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
-
5 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
9 saat əvvəl
Saxo Bank: Bir il ərzində qızılın unsiyasının qiyməti 5 min dollara çata bilər
- 9 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan-Oman İnvestisiya üzrə İşçi Qrupunun yaradılması qərara alınıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
- 13 saat əvvəl
-
13 saat əvvəl
"Kişi həmişə qabaqda getməlidi" fikirinə görə TV-yə xəbərdarlıq edildi
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Əliyev və Putin Tacikistanda görüşəcək

AzVak-da yeni vakansiyalar

Nəhəng bankdan qızıl investorlarına xəbərdarlıq: "Rekordlar normal deyil, bu, bir xəbərdarlıq siqnalıdır”

Qızıl ilə bərabər gümüş də "parlayır": Qiyməti rekorda yaxınlaşır
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət şirkəti “Azərpoçt” da “Temu”dan alınan malları daşıyacaq

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib

Bakcell lotereyasında “Zeekr 001” üçün geri sayım başladı!
