İkinci rübdə Netflix-in gəliri və mənfəəti artıb
Məşhur internet televiziya şəbəkəsi Netflix-in ikinci rübdə gəliri 15,9 faiz artaraq 11,1 milyard dollara çatıb. Həmçinin Netflix 2025-ci il üçün ümumi gəlir proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçirib.Netflix 2025-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, şirkətin gəliri bu ilin ikinci rübündə illik müqayisədə 15,9 faiz artaraq 11,1 milyard dollar təşkil edib. Əvvəllər şirkətin gəlirinin 2024-cü ilin ikinci rübündə 9,6 milyard dollara çatacağı proqnozlaşdırılırdı.
Netflix, gəlir artımının daha çox üzv, daha yüksək abunə qiymətləri və artan reklam gəlirinin nəticəsi olduğunu bildirib.
Şirkət gələn rübdə gəlirin 11,5 milyard dollara yüksələcəyini proqnozlaşdırır. Həmçinin Netflix 2025-ci il üçün ümumi gəlir proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçirib.
İkinci rübdə Netflix-in xalis mənfəəti illik müqayisədə təxminən 45% artaraq 3,1 milyard dollar təşkil edib. 2024-cü ilin eyni dövründə şirkətin xalis mənfəətinin 2,1 milyard dollar təşkil etmişdi.
Şirkətin ötən ilin ikinci rübündə 4,88 dollar olan səhm üzrə qazancı bu dövrdə 7,19 dollara yüksəlib.
Netflix-in mənfəəti və gəliri bazar gözləntilərini üstələyib.
Maraqlıdır ki, şirkət birinci rübdə olduğu kimi bu ilin ikinci rübü üzrə də abunəçi sayını açıqlamayıb.
Netflix, keçən ilin son rübündə abunəçilərinin sayının 18,9 milyon artdığını bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



