“Rabitəbank” və Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb
İşsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstəriləcək. Həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə “Rabitəbank” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, Memorandumun əsas məqsədi işsiz və işaxtaran şəxslərin peşəyönümünün və peşə hazırlığının təşkili, onların işlə təmin olunmasına dəstək göstərilməsi və sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə iş yerlərinin yaradılmasıdır.
Sənədin imzalanması mərasimində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov çıxış edərək Dövlət Məşğulluq Agentliyinin fəaliyyətini yüksək qiymətləndirib və bankın əmək yarmarkalarında, özünəməşğulluq proqramında, eləcə də digər sosial layihələrdə aktiv iştirakını vurğulayıb. Sədr bildirib ki, imzalanan memorandum dövlət və özəl sektor arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev isə çıxışında işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunmasında işəgötürənlərlə əməkdaşlığın əhəmiyyətini qeyd edib və Rabitəbankın Agentliyin fəal sosial tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Memorandum çərçivəsində həmçinin innovativ layihələrin, sosial təşviqedici tədbir və forumların təşkili planlaşdırılır. Bu əməkdaşlıq həm işsiz şəxslərin peşə hazırlığının keyfiyyətinin artırılmasına, həm də işəgötürənlərə işçi qüvvəsinin təminatına yönəlib.
Qeyd edək ki, Rabitəbank ilə Dövlət Məşğulluq Agentliyi arasında imzalanan bu memorandum, maliyyə sektoru ilə məşğulluq orqanı arasında reallaşan ilk əməkdaşlıqdır. Bu sənəd həm peşəkar innovasiya körpüsünü yaradaraq, həm də əmək bazarında yeni üfüqlər açaraq ölkəmizdə əməkdaşlığın yeni çağının başlanğıcı kimi yadda qalacaq.
Müştərilərin xəbərləri

“PAŞA Holding” tərəfindən təşkil edilən “Əlaçı” Təqaüd Proqramının 2025-2026-cı tədris ili üçün açılış tədbiri keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
4 gün sonra
İnvestorlara illik 13% sabit gəlir təklifi - AFB Bank-da sərfəli fürsət
-
-
5 d. əvvəl
"Əsas məqsədimiz lisenziyalı təşkilatların inkişafını təmin etməkdir"
- 12 d. əvvəl
- 31 d. əvvəl
- 35 d. əvvəl
- 37 d. əvvəl
-
40 d. əvvəl
“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib
-
1 saat əvvəl
Azərbaycan London hava limanına 50 milyon funt sterlinq investisiya yatırdı
-
1 saat əvvəl
WhatsApp iPhone üçün mesaj tərcümə funksiyasını istifadəyə verdi
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Nuriyevdən ödənişlərdə İBAN tətbiqi çağırışı

Almaniya Temu platforması ilə bağlı araşdırmaya başlayıb

“Delta Dent” məhsullarının Gürcüstana ixracı üçün Sərbəst Satış Sertifikatı təqdim ediblib
Ən çox oxunanlar

WhatsApp iPhone üçün mesaj tərcümə funksiyasını istifadəyə verdi

Qəzzada atəşkəs razılaşması — Tramp Türkiyəyə təşəkkür edib

Azərbaycan neftinin son qiyməti

Banka Reklam və Korporativ Əlaqələr üzrə Menecer tələb olunur

Hər tərzə uyğun yatırım hesabı

Rəsmi məzənnələr açıqlandı

Qızılın qiyməti mənfəət satışları ilə rekord səviyyədən düşür
