“OBA” marketlər şəbəkəsi əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasına investisiya yatırıb - VİDEO
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA” marketlər şəbəkəsi ölkəmizdə pərakəndə ticarətin inkişafına və müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına böyük önəm verir. Bu ildən etibarən “OBA” marketlər şəbəkəsi logistika sahəsində aparılan yeniliklərin bir hissəsi kimi 9000 ədəd rollkeyç (R/C) alaraq bu sahəyə 2 milyon AZN-dən çox investisiya yatırıb.
Şirkətin yaydığı məlumatda bildirilir:
"Qeyd olunan addımla investisiya yatırılan alətlər vasitəsilə məhsul qəbul prosesləri daha da asanlaşdırılır və şəbəkə əməkdaşlarının iş yükünü azaldır. Rollkeyçlərin istifadəsi ilə məhsulların qəbulu daha sürətli və effektiv həyata keçirilir, əməkdaşların ağır yük daşıması azaldılır, nəticədə onların iş şəraitini daha təhlükəsiz və rahat edir.
Bu təşəbbüs “OBA” marketlər şəbəkəsinin insan əməyinə və əməkdaşlarına verdiyi dəyərin real göstəricisi kimi qiymətləndirilir. Şirkət işçilərinin rifahını və təhlükəsizliyini prioritet hesab edir və onların iş şəraitini yaxşılaşdırmaq üçün davamlı olaraq investisiyalar edir. Eyni zamanda bu alətdən istifadə zamanı tədarük edilən məhsulun anbardan mağazaya qədər keyfiyyət standartlarının qorunması, məhsulun zədələnmədən ünvana çatdırılması və müştərilərimizin ixtiyarına verilməsi təmin olunur."
Xatırladaq ki, “OBA” marketlər şəbəkəsi dünyanın aparıcı şirkətlərini birləşdirən və pərakəndə ticarət sahəsində innovasiyaların müzakirə olunduğu “The Consumer Goods Forum” təşkilatının üzvüdür. Bu üzvlük şirkətin qlobal təcrübələri ölkəmizə gətirməsinə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə yaradır.
2016-cı ildən fəaliyyət göstərən “OBA Market” MMC hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 3 gün sonra
-
- 2 gün sonra
- 12 d. əvvəl
-
14 d. əvvəl
"PAŞA Bank" illik 9%-dək gəlir gətirən yeni rəqəmsal depozitlərini təqdim edir
- 18 d. əvvəl
- 35 d. əvvəl
-
36 d. əvvəl
Qumarı reklam edən 17 tiktoker, o cümlədən məşhur reper saxlanılıb - VİDEO
-
49 d. əvvəl
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
Biznesiniz üçün QISA NÖMRƏ alın
GAC-də fürsətlər hələ davam edir - QİYMƏTLƏR
Bakı metropoliteni xətlərində daha 15 yeni vaqon istismara buraxıldı
Ən çox oxunanlar
Zəfər Gününün hava proqnozu açıqlanıb
"Tesla şirkəti nəhəng yarımkeçirici zavodu tikməli olacaq"
“Premium Bank”dan Zəfər Gününə özəl kredit kampaniyası!
Zəfər Parkı və Zəfər Muzeyi “PAŞA Holding” tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verildi
10 ayda 183 milyon manatdan ƏDV qaytarılıb
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan










.jpg)











