Sloveniya Azərbaycanı qaz infrastrukturunun inkişafına cəlb etmək istəyir
Sloveniya Azərbaycanı enerji təhlükəsizliyinin təmin edilməsi və təbii qaz tədarükünün şaxələndirilməsində əsas tərəfdaş hesab edir.
Bu barədə Sloveniyanın Ətraf Mühit, İqlim və Energetika Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəfdaşlıq fasiləsiz qaz təchizatının təmin edilməsinə, strateji əlaqələrin gücləndirilməsinə və Cənub Qaz Dəhlizi də daxil olmaqla beynəlxalq enerji təşəbbüslərində və əlaqəli layihələrdə iştiraka yönəlib.
İki ölkə arasında əməkdaşlığın istiqamətlərindən biri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Geoplin” şirkətinin iştirakı ilə qaz infrastrukturunun inkişafıdır.
"Sloveniya SOCAR və “Geoplin” arasında əməkdaşlığı tam dəstəkləyir. Biz Azərbaycanı yaxın və etibarlı tərəfdaş hesab edir, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə nikbin baxırıq", - nazirlikdən vurğulayıblar.
Qurumun məlumatına görə, Sloveniya qaz təchizatı mənbələrinin şaxələndirilməsinə çalışır və hazırda əsasən iki ölkə - Azərbaycan və Əlcəzairlə danışıqlar aparır.
"Bu gün qazın əsas hissəsi Əlcəzairdən idxal edilir. Lakin Sloveniya Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsinə böyük əhəmiyyət verir", - nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü il avqustun 1-dən SOCAR Sloveniyaya qaz tədarükünə başlayıb. Qaz təchizatı həmin ilin iyulun 17-də SOCAR ilə Sloveniyanın təbii qaz bazarındakı ən iri şirkəti olan “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumuna əsasən Trans-Adriatik boru kəməri vasitəsilə həyata keçirilir. Keçən il Sloveniyada mavi yanacağın ümumi istehlakının təxminən 5 %-i Azərbaycan qazının payına düşüb. Hazırda bu ölkəyə təbii qaz tədarükünün həcminin artırılması ilə bağlı danışıqlar aparılır.
Nazirliyin məlumatına görə, Sloveniyanın təbii qaza olan illik tələbatı təxminən 0,8-1 milyard kubmetrdir.
Qurumdan vurğulayıblar ki, əvvəllər iki ölkə arasında enerji sahəsində belə sıx qarşılıqlı əlaqə olmayıb və təbii qaz ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir.
Xatırladaq ki, 2025-ci il aprelin 4-də Azərbaycan və Sloveniyanın Energetika nazirlikləri arasında enerji təhlükəsizliyinin gücləndirilməsini, təmiz enerji mənbələrinə keçidin dəstəklənməsini, həmçinin Avropaya qaz təchizatı marşrutlarının şaxələndirilməsini nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
8 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























