İri bank 40 milyonluq istiqrazlarına abunə yazılışına start verdi - İLLİK 10.5% GƏLİR TƏKLİFİ
(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu PAŞA Bank yeni, 40 milyon manatlıq istiqraz emissiyası üzrə abunə yazılışının başlandığını elan edir.
Emissiya, Bankın alternativ maliyyələşmə alətlərinin genişləndirilməsi və yerli kapital bazarının inkişafına töhfə vermək məqsədi daşıyır. Abunə yazılışı 10 iş günü ərzində davam edəcək.
İstiqraz buraxılışı çərçivəsində 40.000 ədəd təminatsız, sənədsiz və adlı istiqraz tədavülə buraxılır. Hər bir istiqrazın nominal dəyəri 1.000 AZN, minimal 10.000 AZN investisiya tələbi olmaqlaillik gəlirliliyi 10.5%-ə qədər, tədavül müddəti isə 12 ay təşkil edir. Yeni buraxılış etibarlı hüquqi çərçivə, risk və gəlir profili baxımından balanslaşdırılmış investisiya fürsəti təqdim edir.
PAŞA Bank ASC-nin İdarə Heyətinin üzvü və Baş Maliyyə İnzibatçısı Murad Süleymanovun sözlərinə görə, bu emissiya Bankın strategiyasında vacib yer tutur və ölkədə investisiya mədəniyyətinin inkişafına real töhfə verməsi gözlənilir:
“Bu istiqraz buraxılışı vasitəsilə PAŞA Bank, yerli qiymətli kağızlar bazarının institusional dərinləşməsinə imkan yaradır. Əsas məqsədimiz – yerli investorlar üçün rəqabətli və əlçatan investisiya alətlərini artırmaq, likvid kapital bazarının formalaşmasına dəstək vermək və uzunmüddətli maliyyə inklüzivliyinə şərait yaratmaqdır. Biz şəffaf, real iqtisadiyyata bağlı maliyyələşmə mexanizmlərinin inkişafını bank missiyamızın ayrılmaz hissəsi hesab edirik”, – deyə M. Süleymanov vurğulayıb.
Abunə yazılışı 12 avqust 2025-ci il tarixində başa çatır. İstiqrazlara abunə yazılışı emissiyanın əsas anderrayteri “PAŞA Kapital”, digər anderrayterləri isə “Unicapital” və “CPM Investment Company” investisiya şirkətlərdir.
Ətraflı məlumat və istiqrazların baza emissiya prospektinin yekun şərtləri ilə tanış olmaq üçün Bankın rəsmi veb-səhifəsinə keçid edin: https://www.pashabank.az/securities/lang,az/
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)

