Sabah dövriyyəyə girəcək
İngiltərədə, üzərində məşhur İngilis qadın yazıçı Ceyn Austenin (Jane Austen) portretinin yer alacağı yeni plastik 10 funt-sterlinq əskinas sabah dövriyyəyə girəcək.
İngiltərə zərbxanası (The Royal Mint) keçən il dövriyyəyə buraxılan yeni plastik 5 funt-sterlinqdən sonra sabah yeni plastik 10 funt-sterlinq əskinasın dövriyyəyə daxil olacağını açıqlayıb.
"Marja" xəbər verir ki, yeni 10 funt-sterlinqin üzərində İngilis alimi Çarlz Darvinin (Charles Darwin) yerinə İngilis qadın yazıçı Ceyn Austenın rəsmi yer alacaq.
Zərbxana ilk çap edilən yeni 10 funt-sterlinqi Kraliça Yelizavetaya, ikincisini həyat yoldaşı Şahzadə Filipə və üçüncüsünü İngiltərənin Baş naziri Tereza Meyə təqdim edəcək.
Yeni plastik banknotlar əvvəlkilərə nisbətən daha dözümlü olmaqla yanaşı holoqram və rəng dəyişdirən cizgilərin istifadə edilməsi səbəbilə daha etibarlıdır.
Plastik 10 funt-sterlinq əskinasın dövriyyəyə daxil olması ilə köhnə 10 funt sterlinqlər 2018-in bahar aylarına qədər dövriyyədə qalacaq. İngiltərə Mərkəzi Bankı (BoE) mərhələli olaraq köhnə 10 funt sterlinqləri dövriyyədən çıxaracaq.
Yeni 10 funt-sterlinq üzərində şəkli yer alacaq olan Ceyn Austen, 19-cu əsrdə yaşamış Böyük Britaniyanın ən məşhur qadın yazıçılarından biridir. Müəllif "Ağıl və Həssaslıq", "Qürur və qərəz", "Mansfield Park" kimi bir çox məşhur əsəri ilə tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 45 d. əvvəl
-
47 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
9 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN















.jpg)




