iPhone satışları artıb, Apple şirkəti daha çox gəlir və mənfəət əldə edib
ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple-ın gəliri aprel-iyun dövründə illik müqayisədə 10 faiz artıb.ABŞ-ın texnologiya nəhənglərindən biri olan Apple şirkəti aprel-iyun dövrü üzrə maliyyə hesabatlarını açıqlayıb.
Marja xəbər verir ki, iyunun 28-də başa çatan üç aylıq dövrü üçüncü rüb hesab edən Apple-ın maliyyə hesabatına görə, bu dövr ərzində şirkətin gəliri illik müqayisədə təxminən 10 faiz artaraq 94 milyard dollar təşkil edib. Apple ötən ilin eyni dövründə təxminən 85,8 milyard dollar gəlir əldə etmişdi.
Həmin dövrdə şirkətin xalis mənfəəti 9,3 faiz artaraq 23,4 milyard dollar olub. Şirkət ötən ilin aprel-iyun aylarında 21,4 milyard dollar mənfəət əldə etmişdi.
Şirkətin səhmbaşına qazancı bu müddət ərzində 1,40 dollardan 1,57 dollara yüksəlib.
iPhone və Mac satışları artıb, iPad satışları azalıb
Bu dövrdə Apple-ın iPhone və Mac satışları artıb, iPad satışları isə azalıb. Aprel-iyun dövründə iPhone satışları illik müqayisədə 13,5 faiz artaraq 44,6 milyard dollar gəlir təmin edib.
Eyni dövrdə Mac satışları 14,8 faiz artaraq 8 milyard dollar, iPad satışları isə 8,1 faiz azalaraq 6,6 milyard dollar gəlir gətirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)


