“Ümid-Babək” yatağında qiymətləndirmə quyusunun qazılması bu ilin sentyabrına planlaşdırılıb
"Umid Babek Operation Company" (UBOC) əməliyyat şirkəti bu ilin sentyabrında Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid-Babək" blokunun "Ümid" yatağında qiymətləndirmə quyusunun qazılmasına başlamağı planlaşdırır.
Bu barədə neft və qaz bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, qazma işləri 2025-ci ilin iyununda Azərbaycana gətirilən "Neptun" özüqalxan üzən qazma qurğusu vasitəsilə həyata keçiriləcək.
"Neptun" qazma qurğusu ilə qiymətləndirmə quyusunun qazılmasına bu ilin sentyabrında başlanılması planlaşdırılır. Quyunun layihə dərinliyi təxminən 7 min metrdir", - mənbə qeyd edib.
Daha əvvəl “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin hesabatına istinadən verilən məlumata görə, "Ümid" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata 2027-ci ilə qədər başlanılması gözlənilir.
Aprelin 1-nə olan məlumata görə, "Ümid" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ümumilikdə 11,2 milyard kubmetr qaz və 1,65 milyon ton qaz kondensatı hasil edilib.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ilkin qiymətləndirmələrinə görə, "Ümid" yatağının Balaxanı VIII, Fasilə (B, C, D), Fasilə E, Qırməkiüstü və Qırməkialtı layları üzrə ehtiyatları 129 milyard kubmetr qaz və 20 milyon ton kondensatdan ibarətdir.
“Ümid” yatağının kəşfi 24 noyabr 2010-cu ilə təsadüf edir və Azərbaycanın müstəqillik dövründə SOCAR tərəfindən kəşf edilən ilk qaz-kondensat yatağı kimi tarixə düşüb. Yataq 2012-ci ildə istismara verilib.
“Ümid-Babək” blokunun kəşfiyyatı və işlənməsi üzrə Risk Service Contract (RSC) 2017-ci il yanvarın 12-də imzalanıb və həmin ilin mayında qüvvəyə minib. RSC çərçivəsində UBOC şirkətinin səhmdarları SOCAR (80 % iştirak payı) və "Nobel Upstream" (UK) şirkətləridir (20 %).
© “Report”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























