Azərbaycanda ilk dəfə yük avtomobilləri və avtobuslar üçün “nakladka” istehsal ediləcək
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkının rezidenti “Brake Systems Azerbaijan” MMC tərəfindən 600 min manatlıq məhsul satışı edilib.
Marja.az xəbər verir ki, hazırda müəssisədə hazırda Yaponiya və Cənubi Koreya istehsalı olan minik avtomobilləri üçün əyləc bəndlərinin hazırlanması həyata keçirilir.
Çinin qabaqcıl texnologiyaları ilə təchiz edilmiş müəssisədə 220 çeşiddən artıq əyləc bəndi istehsal olunur.
Müəssisədə hazırda ancaq minik avtomobilləri üçün əyləc bəndləri istehsal edilir, cari ildən etibarən isə orta çəkili yük avtomobilləri və avtobuslar üçün də sözügedən məhsulun istehsalına başlanılması nəzərdə tutulur.
İnvestisiya kapitalı 1,9 milyon manat təşkil edən müəssisədə 15 nəfər daimi işlə təmin edilib.
Cənubi Qafqazda yeganə əyləc bəndi istehsal edilən müəssisədə xammal Çin və Özbəksitandan gətirilir. Yaxın vaxtlarda isə məhsul istehsalında yerli xammaldan istifadə edilməsi planlaşdırılır.
Hazırda əyləc bəndlərinin "Klass" brendi adı altında daxili bazara satışı həyata keçirilir, eyni zamanda İraq, Qazaxıstan və s. ölkələrə də ixracı istiqamətində danışıqlar aparılır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 11 saat əvvəl
-
- 11 saat əvvəl
-
11 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
14 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























