Vətəndaşlar əmlak məlumatlarını elektron əldə edə bilirlər - SƏRFƏLİ XİDMƏT
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlara sahib olduqları əmlaklar barədə heç bir yerə getmədən, internet vasitəsilə ətraflı məlumat almaq imkanı yaradır.
Bu "Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi"elektron xidməti sayəsində mümkündür.
Fəaliyyətində daima yeniliklərin, innovativ üsulların tətbiqinə önəm verən Komitə bu xidməti tətbiq etməklə əhalinin qeydiyyatla bağlı işini sadələşdirir.
Həmin elektron xidmətin vasitəsilə əmlakın sahibi, yerləşdiyi ünvan, sahəsi barədə məlumatları öyrənmək mümkündür. Başqa sözlə əmlakın həm ölçüləri və texniki göstəriciləri haqqında informasiyanı əldə etmək olur. Eyni zaman əmlakla bağlı aparılan əməliyyatlar barədə də informasiya əldə etmək olur. Yəni vətəndaşda ipoteka, girov, alqı-satqı, bağışlanma, kimi əməliyyatların edilib edilməməsi ilə bağlı məlumatları bilmək imkanı yaranır.
Bu sərfəli xidmətin sayəsində vətəndaşlar evi və ya ofisi tərk etmədən, sadəcə internet vasitəsilə onlara tələb olunan bütün məlumatları alırlar. Nəticədə bunun üçün ərazi qeydiyyat idarələrinə getmək və ərizə yazmağa ehtiyac qalmır. Əmlak sahibi rahat və çevik şəkildə daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış olur. Bununla həm vətəndaş məmur münasibətləri minimuma enir həmdə insanların vaxt itkisi aradan qaldırılır. Bu elektron xidmət təkcə əhali üçün deyil, dövlət qurumları, fiziki və hüquqi şəxslər, banklar və digər daşınmaz əmlak sahibləri üçün də faydalıdır.
Belə ki, xidmət əmlakla bağlı əməliyyatlar edən zaman yarana biləcək nöqsanların aradan qaldırılmasına imkan verir. Başqa sözlə bəzən ölkəmizdə əmlakla əməliyyatlar zamanı müxtəlif anlaşılmazlıqlar, alıcı və satıcıların aldadılması halları baş verir. Bəziləri insanların etibarından istifadə edərək başqasına məxsus əmlakı özününkü kimi təqdim edir və ya onun ölçüləri və digər göstəriciləri bərədə düzgün olmayan məlumatlar verirlər. Bu isə əmlakın alıcısı üçün risklər yaradır. “Daşınmaz əmlakla bağlı dövlət reyestrindən məlumatın verilməsi» elektron xidməti isə bütün məsələləri, yerindəcə yoxlamağa imkan verir. Belə ki, alıcı, sadəcə satıcıdan bu xidmətdən istifadə etməsini istəyir və sistemin göstərdiyi məlumatlarla özü də tanış olur.
Adı çəkilən xidmət internet üzərindən həyata keçirilməklə iş adamları üçün xüsusilə əlverişlidir. Belə ki, bu xidmət hətta xaricdə olduqda da əmlak barədə lazımi məlumatı almağa və qarşı tərəfə təqdim etməyə imkan verir. Nəticədə iş adamları bu məsələyə qətiyyən vaxt itirmirlər.
Başqa mühüm amil xidmətdən istifadə etmək üçün «elektron imza»nın tələb olunmamasıdır.
Ümumilikdə xidmət alqı-satqı prosedurlarının sadələşməsinə, daşınmaz əmlak bazarında aktivliyin artmasına, operativliyin təmin edilməsinə şərait yaradır.
Bu xidmətdən istifadə etmək üçün komitənin elektron xidmətlər portalına (e-emdk.gov.az) və ya elektron hökumət portalına daxil olmaq lazımdır. Əmlak sahibi portalda lazımi xidmətə keçid etdikdən sonra iki xana açılır. Bu xanaların hər birində daşınmaz əmlakın reyestr və qeydiyyat nömrəsi daxil edilir. Dahasonra xidmət haqqı olaraq ödəniləcək məbləğ ekranda əks olunacaq. İstifadəçi “Kartın növü” sətrində xüsusi işarə vasitəsilə ödəniş edəcəyi elektron kartın növünü seçərək “Ödə” düyməsini seçməlidir. Qeyd edilməlidir ki, xidmətin istifadəsi üçün 10 manat dövlət rüsumu nəzərdə tutulub. Rüsumu elektron qaydada ödədikdən sonra ekranda əmlakla bağlı məlumatlar görünür. Bura əmlakın reyestr nömrəsi, qeydiyyat tarixi, ünvanı, torpağın və tikilinin sahəsi, tikilinin mərtəbə və otaq sayı, hüquq sahibi barədə məlumatlar aiddir. Qeyd edilməlidir ki, elektron xidmətlərin tətbiqində başlıca məqsəd modern və çevik idarəetmənin təmin edilməsi, fəaliyyətin səmərəliliyinin artırılması, şəffaflığının təmin olunması, bürokratiyanın aradan qaldırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi, xidmətlərə əlçatanlığın artırılmasıdır. Eyni zamanda xidmətlərin optimallaşdırılması, prosedurlarının sadələşdirilməsi, məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılması da əsas vəzifələrdəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 9 d. əvvəl
-
11 d. əvvəl
Unibank 2025-ci ildə 4,5 milyon manata yaxın yaşıl kredit verib
- 19 d. əvvəl
- 51 d. əvvəl
-
52 d. əvvəl
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
-
58 d. əvvəl
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
-
1 saat əvvəl
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Əmanətçilər üçün xüsusi təklif
“AFB Bank” rebrendinq üçün araşdırmalara başlayıb
Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9% artıb
PAŞA Bank-ın dəstəyi ilə “AI for Good” süni intellekt təlim proqramının açılış mərasimi keçirildi
Ən çox oxunanlar
ZEEKR brendinin satış mərkəzinin yeni binasının açılış mərasimi və 9X modelinin təqdimatı keçirilib
“Buckswood School Baku” fəaliyyətə başladı - FOTO/VİDEO
Milliön ilk dəfə ödəniş terminallarında şəxsi kabinet təqdim edir - DAHA SÜRƏTLİ ÖDƏNİŞ
Bank sədri: “Aqro kreditlər üzrə yeni məhsullar təqdim edəcəyik”
Çünki sən belə sevirsən… Baku Electronics sevənləri anlayır!
Banklarda Agile niyə işləmir?



















