Azercell ilk 6 ayda 2,5 milyondan çox müraciət qəbul edib
(®) 2025-ci ilin ilk altı ayı ərzində “Azercell Telekom”un müştəri xidmətləri kanalları üzərindən 2,5 milyondan çox müraciət qeydə alınıb. Bu dövrdə Telefon Mərkəzinə 1.5 milyona yaxın zəng daxil olub. Onlayn Müştəri Xidmətləri isə ümumilikdə 400 min sorğunu cavablandırıb. Bu sorğuların 224 mini şirkətin “Facebook”, “Instagram”, “LinkedIn”, “X” və “TikTok” sosial media hesabları vasitəsilə qeydə alınıb. Eyni zamanda, Azercell-in mobil tətbiqinə inteqrasiya edilmiş süni intellekt əsaslı “AI Chat Bot” 800 minə yaxın müraciəti emal edib.
Telefon Mərkəzinə daxil olan zənglərin ortalama cavablandırılma müddəti 2 dəqiqə 45 saniyə təşkil edib ki, bu da 6-7 dəqiqəlik beynəlxalq standart ilə müqayisədə təqribən iki dəfə qısadır. Sorğular əsasən internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, balans və ödəniş məsələləri, tarif planları və digər xidmətləri əhatə edib.
Azercell-in Azərbaycan dilində tam spektr xidmət göstərən süni intellekt əsaslı ilk virtual assistenti olan “Aicell” də artıq müştəri məmnuniyyətinə öz töhfəsini verir. Belə ki, Telefon Mərkəzinə müraciət etmiş müştərilərin 84%-in sorğusu “Aicell” tərəfindən emal edilib. Məlumatlandırma, xidmətlərin aktivləşdirilməsi və deaktivləşdirilməsi daxil olmaqla, 10 istiqamət üzrə xidmət göstərən virtual assistent Mərkəzə daxil olmuş zənglərin 17%-ni müstəqil şəkildə cavablandırıb, digər sorğuları isə aidiyyəti üzrə yönləndirib.
Ötən ilin dekabr ayında “Azercell” mobil tətbiqində istifadəyə verilən “AI Chat Bot” isə istifadəçilərin istəklərini 90% dəqiqliklə anlayaraq onların 68%-ni birbaşa cavablandırıb. 24/7 rejimdə fəaliyyət göstərən bu rəqəmsal həll digər sorğuları Onlayn Müştəri Xidmətlərinə yönləndirib.
Bu nəticələr Azercell-in yüksək xidmət keyfiyyətini və innovasiyalara əsaslanan müştəri yönümlü yanaşmasını əks etdirir. Belə ki, Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi 93, 2% ilə qəbul edilmiş beynəlxalq standartdan (85%) üstün olub.
Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin aprel ayında “TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərin emalına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Bu sertifikat müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.
Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə 7/24 rejimdə müraciət etmək mümkündür.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
27 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 32 d. əvvəl
-
-
38 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
43 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb


















.jpg)






