Qars-Naxçıvan dəmir yolunun tikintisinə avqustun 22-də start veriləcək
Zəngəzur dəhlizinin əsas hissəsi olacaq Kars-Iğdır-Aralıq-Dilucu Dəmir Yolu xəttinin təməli qoyulur
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu bildirib ki, avqustun 22-də Zəngəzur dəhlizinin mühüm hissəsi olan Kars-Iğdır-Aralık-Dilucu (Qars-Naxçıvan ) Dəmir Yolu xəttinin təməli qoyulacaq. Onun sözlərinə görə, bu dəhlizin işə düşməsi ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli fəaliyyət göstərəcək.
Marja.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, nazir yazılı açıqlamasında qeyd edib ki, sözügedən dəmir yolu xətti Türkiyənin şərqində yük və sərnişin daşımalarını gücləndirəcək. Bu layihə həm Türkiyənin logistik imkanlarını artıracaq, həm də ölkənin Asiyaya çıxan ticarət yollarında “jeostrateji təhlükəsizlik adası” rolunu möhkəmləndirəcək.
Abdulkadir Uraloğlu Maliyyə Nazirliyi tərəfindən aparılan işlər nəticəsində layihə üçün 2,4 milyard avro dəyərində xarici maliyyələşmənin təmin edildiyini diqqətə çatdırıb:
• Xəttin uzunluğu 224 kilometr olacaq;
• Qoşa xəttli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa ediləcək;
• İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaq gücündə olacaq;
Nazir bildirib ki, təməli atılacaq bu dəmir yolu xətti Azərbaycan ilə Naxçıvan arasındakı bağlantını təmin edəcək Zəngəzur dəhlizinin əsas hissələrindən biri olacaq:
“Bu xətt sayəsində Türkiyə ilə Azərbaycan arasında fasiləsiz yeni dəmir yolu əlaqəsi yaradılacaq. Şərq və Cənub-Şərqi Anadolunun istehsal potensialı xarici bazarlara daha sürətli çatacaq, Aralıq dənizi bölgəsinin turizm imkanları genişlənəcək. Bundan başqa, bu dəmir yolu Trans-Xəzər və şimal-cənub dəhlizlərini gücləndirəcək, Avrasiyanın təchizat və logistika şəbəkələrini möhkəmləndirəcək, Türkiyəni isə regional əməkdaşlığın mərkəzinə çevirəcək. Zəngəzur dəhlizinin işə düşməsi ilə Pekindən Londona qədər uzanan şərq-qərb xətti daha səmərəli olacaq, Orta Dəhlizin dəmir yolu və avtomobil yolu yükdaşıma gücü əhəmiyyətli dərəcədə artacaq.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycanla münasibətlərdə problemlər var, lakin hər şey öz yerini tapacaq"
- 6 saat əvvəl
-
6 saat əvvəl
Avqustda dövlət qurumlarını hədəfləyən iki saxta domen bloklanıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər

Anthropic-in dəyəri 183 milyard dollara çatıb

Tesla-nın Avropadakı satışları getdikcə azalır

“Qırmızıya qarış!” - “Baku Electronics”də 70%-dək ENDİRİM


Tramp yaxın günlərdə Putinlə telefonla danışacaq

Mərkəzi Bank yeni rəqəmsal platformalar istifadəyə verdi

Xalq Bank və “UPT”dən yeni kampaniya

Bakı Fond Birjası 7 aylıq ticarət dövriyyəsini açıqladı - REPO-NUN HESABINA 50 FAİZƏ YAXIN ARTIM
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı - 5 şirkətin dövriyyəsi 50 milyard manatı aşıb
.jpg)
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

Bəzi yerlərdə leysan olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycan və Asiya İnkişaf Bankı müzakirələr aparıb

Azərbaycan ada dövlətdə səfirlik təsis edəcək

Türkiyədə illik inflyasiya avqustda 33 faizə yaxın olub
