FED-in üzvü: "Mən istefa verməyəcəm, Trampın qərarından məhkəməyə müraciət edəcəm"
FED üzvü Liza Kuk, Trampın onu vəzifədən azad etmə cəhdinə qarşı məhkəməyə müraciət edəcəkABŞ Federal Ehtiyatlar Sisteminin (FED) İdarə Heyətinin üzvü Liza Kuk, Prezident Donald Trampın onu vəzifədən azad etmə qərarına qarşı məhkəməyə müraciət edəcək.
Marja.az-ın məlumatına görə, Kukun vəkili Abbe Lowell bildirib ki, Trampın bu addımının “heç bir hüquqi və ya real əsası yoxdur” və buna görə də “qanunsuz” hərəkətə qarşı iddia qaldırılacaq. “Prezidentin FED İdarə Heyətinin üzvünü vəzifədən azad etmək səlahiyyəti yoxdur,” – deyə Lowell vurğulayıb.
Tramp dünən açıqlamasında, Kukun “ipoteka müqavilələrinə dair yanlış bəyanat verdiyi” iddiası ilə onu vəzifədən azad etdiyini bildirmişdi. Sosial şəbəkədə paylaşılan rəsmi məktubda isə Prezident, FED qanununun ona verdiyi səlahiyyətlərə əsaslanaraq, Kukun “dərhal vəzifədən azad edildiyini” bəyan etmişdi.
Tramp iddia edib ki, qanuna görə, “əsaslı səbəb” olduqda idarə heyətinin üzvünü vəzifədən kənarlaşdırmaq mümkündür və Kukla bağlı kifayət qədər əsas mövcuddur.
Liza Kuk isə buna cavab olaraq, “Prezident Tramp məni "əsaslı səbəb" iddiası ilə vəzifədən azad etdiyini deyir. Halbuki qanunda belə bir səbəb yoxdur və onun bu səlahiyyəti yoxdur. Mən istefa etməyəcəyəm və 2022-ci ildən bəri olduğu kimi ABŞ iqtisadiyyatına xidmət etməyə davam edəcəyəm,” – deyə açıqlama verib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz





















