ABŞ telekommunikasiya nəhəngindən 23 milyard dollarlıq addım
ABŞ telekommunikasiya nəhəngi AT&T şəbəkəsini genişləndirmək məqsədilə EchoStar şirkətindən təqribən 23 milyard dollar dəyərində spektr (spectrum - radiospektr, tezlik) lisenziyaları almaq barədə razılığa gəlib.
Marja xəbər verir ki, Müqavilə AT&T-yə aşağı və orta diapazon spektrda ümumilikdə 50 meqahers (MHz) həcmində əlavə imkan qazandıracaq. Şirkət bildirib ki, sövdələşmə ABŞ Federal Rabitə Komissiyasının (FCC) təsdiqindən sonra 2026-cı ilin ortalarında yekunlaşacaq.
Xəbərin ardından EchoStar-ın səhmləri birjada ticarətöncəsi sessiyada 81% bahalaşıb, AT&T-nin səhmlərində isə 1%-lik artım qeydə alınıb.
Qeyd edək ki, FCC may ayında EchoStar-ın genişzolaqlı və ödənişli televiziya xidmətləri üzrə spektr öhdəliklərini yerinə yetirib-yetirmədiyini araşdırmaq üçün istintaqa başlamışdı. Analitiklər hazırkı razılaşmanı həmin araşdırma çərçivəsində şirkətin səylərinin davamı kimi dəyərləndirirlər.
AT&T isə bəyan edib ki, spektr lisenziyalarının alınması şirkətin ABŞ miqyasında 5G və fiber xidmətlərini inkişaf etdirmək planlarına mühüm dəstək verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





.jpg)



