Məşhur YouTuber MrBeast öz telekommunikasiya şirkətini qurur
Dünyaca tanınmış 27 yaşlı YouTuber MrBeast (əsl adı Cimmi Donaldson) yeni sahəyə sərmayə yatıraraq öz telekommunikasiya şirkətini qurmağa hazırlaşır.
Marja xəbər verir ki, Business Insider-ın məlumatına görə, sızdırılan investor təqdimatında qeyd edilib ki, MrBeast gələn il mobil telefon xidməti istifadəyə verməyi planlaşdırır.
Eyni zamanda, MrBeast və Beast Industries rəhbərlərinin fintek və mobil oyun sektorlarına da sərmayə qoymaq niyyəti olduğu bildirilir.
Yeni təşəbbüs Mobil Virtual Şəbəkə Operatoru (MVNO) modeli üzərində qurulacaq. Bu strategiya, AT&T, T-Mobile və Verizon kimi ABŞ-ın ən böyük operatorlarının mövcud şəbəkələrindən istifadə etməklə yüksək infrastruktur xərci olmadan müştərilərə sərfəli və keyfiyyətli xidmət təqdim etməyə imkan verir. MrBeast-in planı da bu operatorlardan biri ilə əməkdaşlıq etməklə xidmət göstərməkdir. Bu model daha əvvəl aktyor Rayan Reynolds tərəfindən də istifadə olunub – onun Mint Mobile şirkəti sonradan 1,35 milyard dollara T-Mobile-a satılıb.
MrBeast-in biznes imperiyası böyüyür
YouTuber-in yeni mobil şirkəti, onun biznes sahəsində böyümə strategiyasının bir hissəsidir. O, artıq Feastables şokolad markası, Lunchly kimi qida şirkətləri və oyuncaqlar seriyası ilə bazarda yer alıb. 430 milyon abunəçisi olan MrBeast, YouTube-dakı populyarlığını iş dünyasında sərmayələrə yönəldərək yeni uğurlar qazanmağı hədəfləyir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























