Qızıl, ABŞ-da açıqlanacaq məlumatlar fonunda diqqət mərkəzindədir
ABŞ Mərkəzi Bankının (Fed) faiz endirimi edəcəyi gözləntilərini gücləndirə biləcək və bu gün açıqlanacaq ABŞ-ın məşğulluq hesabatı ərəfəsində qızlın unsiyasının qiyməti təxminən 3542 dollar səviyyəsində ticarət olunur.
Marja xəbər verir ki, açıqlanan zəif məlumatlar bazarları sentyabrda faiz endirimi qiymətləndirməsinə yönəldib.
İnvestorlar cümə günü açıqlanacaq, pandemiyadan bəri ABŞ-da ən zəif məşğulluq artımı olacağı gözlənilən kritik qeyri-kənd təsərrüfatı məşğulluq hesabatına fokuslanıblar. Açıqlanacaq məlumatlar, əmək bazarının pisləşdiyinə dair siqnallara əlavə oluna bilər. Cümə axşamı açıqlanan məlumatlar işsizlik müavinətinə müraciətlərin iyundan bəri ən yüksək səviyyəyə çatdığını və xəzinə istiqrazlarının gəlirliliyinin son bir neçə ayın ən aşağı səviyyəsinə düşdüyünü göstərib.
Qızıl və gümüş son üç ildə iki dəfədən çox dəyər qazanıb. Geosiyasi risklər, iqtisadi qeyri-müəyyənliklər və qlobal ticarətdəki problemlər "təhlükəsiz liman" tələbini artırıb. ABŞ Prezidenti Donald Trampın bu il Fed-ə artan tənqidləri isə mərkəzi bankın müstəqilliyi ilə bağlı narahatlıqları gücləndirib. Tramp yaxın vaxtlarda Fed-də “çoxluğu ələ keçirəcəyini” və faizləri azaldacağını bildirmişdi.
Buna baxmayaraq, Trampın Fed-in İdarə Heyətinə namizəd göstərdiyi Stiven Miranın cümə axşamı Senatdakı təsdiqləmə iclasında mərkəzi bankın ən vacib vəzifəsinin “böhranları və hiperinflasiyanı önləmək” olduğunu vurğulaması bəzi narahatlıqları yumşaldıb. Miran eyni zamanda Ağ Evdəki vəzifəsini davam etdirəcəyini qəbul etsə də, Fed-in müstəqilliyinə sadiqliyini bir daha bəyan edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


