İri bankdan 40 milyon manatlıq istiqraz - ZƏNG ÇALINDI, ABUNƏ YAZILIŞI BAŞLADI
İnvestorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.
“Bank of Baku” müştərilərinə yeni maliyyə imkanları təqdim etmək məqsədilə kapital bazarında iştirakını genişləndirib. Belə ki, Bank maliyyə bazarında yeni istiqraz emissiyasını həyata keçirir.
Marja Banka istinadən xəbər verir ki, 8 sentyabr tarixində Bakı Fond Birjasında “Bank of Baku”nun manat istiqrazlarının kapital bazarında ticarətə buraxılması münasibətilə “Açılış Zəngi” tədbiri keçirilib. Bu istiqraz emissiyası ilə Bank həm fiziki şəxslər, həm də peşəkar investorlar üçün sərfəli və etibarlı investisiya imkanı yaratmış olur.
Bank hər birinin nominal dəyəri 100 manat olan 400.000 ədəd faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazı qeydiyyatdan keçirib.
Tədbiri çıxış sözü ilə açan Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov maliyyə bazarında investisiya alətlərinin çeşidlərinin artırılmasının əhəmiyyətindən danışıb.
“Bank of Baku”nun İdarə Heyətinin sədri Həsən Quliyev isə öz çıxışında bildirib ki, “Bank of Baku” bu addımı ilə ölkə iqtisadiyyatına töhfə verməyi hədəfləyir. “Bank of Baku uzunmüddətli fəaliyyəti dövründə müştərilərinə daima fərqli məhsullar, maliyyə həlləri təklif edib. İnanıram ki, bankımızın növbəti məhsulu – istiqrazları da müştərilər və investorların böyük marağına səbəb olacaq”.
“ABB-Invest İnvestisiya Şirkəti” QSC-nin icraçı direktoru Nadir Babazadə qeyd edib ki, investorlar mövcud istiqrazlar üzrə sifarişlərini “ABB Mobile” tətbiqi üzərindən yerləşdirə bilərlər.
Tədbirin sonunda “Bank of Baku”, Bakı Fond Birjası və “ABB-Invest İnvestisiya Şirkəti”nin iştirakı ilə istiqrazların ilkin bazarda ticarətə buraxılışını simvolizə edən zəng çalınıb. Bununla da istiqrazların Bakı Fond Birjasının ticarət platformasında ticarətinə rəsmi olaraq start verilib.
Qeyd edək ki, təqdim olunan istiqrazların tədavül müddəti 18 ay, illik faiz dərəcəsi isə ilk 20 milyon manatlıq tranş üzrə 13% təşkil edir. Faiz ödənişləri hər 90 gündən bir həyata keçiriləcəkdir. İstiqrazların abunə yazılışı 19 sentyabr 2025-ci il tarixində bitəcək.
Məlumat üçün bildirək ki, 30 ildən çoxdur ki, fəaliyyət göstərən “Bank of Baku” paytaxt Bakı və regionlarda ümumilikdə 20 filialı ilə 1 milyondan çox vətəndaşa xidmət edir.
Müştərilərin xəbərləri

“PAŞA Holding”in tərəfdaşlığı ilə 12 mindən çox aztəminatlı ailənin övladlarına məktəbli ləvazimatları təqdim ediləcək
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
6 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 2 gün sonra
-
- 2 gün sonra
- 10 d. əvvəl
-
19 d. əvvəl
Aparıcı maliyyə qurumu Bank Respublika-ya 25 milyon manat kredit ayıracaq
-
23 d. əvvəl
Böyük xarici bank Azərbaycanda 2025-ci il üçün inflyasiya proqnozunu yeniləyib
-
33 d. əvvəl
Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!
-
35 d. əvvəl
"Aparılan yoxlamalarla bağlı mediada əsassız məlumatların dərc edilməsi müşahidə olunur"
-
52 d. əvvəl
Azərbayca şirkəti ilk 6 ayı 10 milyon manata yaxın xalis mənfəət ilə başa vurub
-
1 saat əvvəl
Neft qiymətləri tələbın azalacağı və artan təklif narahatlığı ilə düşür
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Rubl dəyər itirməyə davam edir - SƏBƏBLƏR

Cəmi 240 manat ödəməklə "Peşəkar Mühasib Sertifikatı"na sahib olmaq indi daha asan!
Ən çox oxunanlar

Neft qymətləri Çinin sayəsində sabit qalır

Azərbaycan neftinin son qiyməti

"ING Group": Azərbaycan və Ermənistan azalmış xarici siyasət risklərindən faydalanır

ABŞ, G7-ni Çin və Hindistana tarifələr tətbiq etməyə çağırır

ABŞ bazarlarında yüksəliş: Dow Jones yeni rekord səviyyəyə çatıb

ABŞ-da inflyasiya iqtisadçıları təəccübləndirdi

OPEC-in xam neft istehsalında artım

"BİRKART"ın istiqrazlarına 62 investor 62 sifariş təqdim edib
