Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub

Mütəxəssislər Salyan rayonunda GL Group-un afilə şirkəti olan Salyan Oil Limited tərəfindən istismar olunan Kürsəngi və Qarabağlı yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər. Bu, istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır
iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-da GL Group-un süni intellektin seysmik tədqiqatlarda tətbiqinə dair Azərbaycanda inkişaf etdirdiyi layihəsinin təqdimatı olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

GL Group şirkəti süni intellektdən istifadə etməklə seysmik məlumatların emal texnologiyasını bölgənin quruda yerləşən neft-qaz yataqlarında ilk dəfə tətbiq edib. Layihənin nəticələri ABŞ-ın Hyuston şəhərində keçirilən Tətbiqi Geologiya və Enerji üzrə Beynəlxalq Tədbirində (IMAGE 2025) təqdim olunub.

IMAGE 2025 geologiya və mühəndislik sahəsində keçirilən dünyanın ən böyük illik forumudur. Tədbir Kəşfiyyatçı Geofiziklər Cəmiyyəti (SEG), Amerika Neftçi Geoloqları Assosiasiyası (AAPG) və Çöküntü Geologiyası Cəmiyyəti (SEPM) tərəfindən təşkil olunur.

Bu il konfrans 7 800-dən çox iştirakçını, 1 100-dən artıq texniki təqdimatı, təxminən 260 sərgi iştirakçısını və 93 ölkədən nümayəndələri bir araya gətirib. Dünya üzrə bir çox şirkətlər arasından GL Group-a süni intellektin neft-qaz yataqlarında seysmik məlumatların emalında tətbiqi sahəsində öz təcrübəsini təqdim etmək imkanı verilib.

GL Group-un Yataqların İdarə edilməsi üzrə Qrup Direktoru Kənan Əliyev və şirkətin Petrofiziki Leyla İsmayılova layihəni təqdim ediblər. Mütəxəssislər Salyan rayonunda GL Group-un afilə şirkəti olan Salyan Oil Limited tərəfindən istismar olunan Kürsəngi Qarabağlı yataqlarında aparılan işlərdə süni intellektin tətbiqi ilə əldə olunan yeni imkanları nümayiş etdiriblər.

"Seysmik proseslərə süni intellektin inteqrasiyası uzun müddətdir tam öyrənilmiş ehtimal olunan yataqlarda yeni potensial imkanları üzə çıxarmağımıza şərait yaradıb. Bu, artıq istismar olunan yataqların səmərəli idarə olunması istiqamətində mühüm addımdır" - deyə Kənan Əliyev bildirib.

Layihə seysmik tədqiqatda süni intellektin tətbiqinə ixtisaslaşmış Waverity şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Qabaqçıl alqoritmlər mövcud məlumatların daha dəqiq şərhinə imkan yaradıb və ənənəvi üsullarla aşkar olunmayan, daha dərində yerləşən və qazılmamış zonaları müəyyən edib.

"Əldə olunan nəticələr qabaqcıl texnologiyaların və rəqəmsal həllərin fəaliyyətimizə inteqrasiyası üzrə strategiyamızı tam dəstəkləyir. Bu məqsədlə GL Group ən müasir texnologiyalardan yararlanır, innovativ yanaşmalar tətbiq edir, peşəkar mütəxəssisləri və ən təcrübəli ekspertləri öz komandasına cəlb edir" - GL Group-un Baş İcraçı Direktoru və Məşvərət Şurasının Sədri Asif Zeynalov vurğulayıb.

GL Group-un IMAGE 2025-də iştirakı həmçinin yataqların tədqiqi və istismarı sahəsində davam edən işlərin texniki poster sessiyasını da əhatə etmişdir.

 “GL Group” haqqında:

“GL Group” Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft və qaz yatağında əməliyyatlar aparır. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group 2024-cü ildə ilk beynəlxalq layihəsinə imza ataraq Türkiyənin Trakya hövzəsində yüksək perspektivli qaz yatağında 100% pay sahibi olan Kanadanın “Gazelle Energy Limited” şirkətinin 25 faiz payını satın alıb. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.

GL Group süni intellekt seysmik tədqiqat neft-qaz yataqları IMAGE 2025 Houston SEG AAPG SEPM Salyan Oil Limited Kürsəngi yatağı Qarabağlı yatağı Waverity seysmik məlumatların emalı rəqəmsal həllər qabaqcıl alqoritmlər innovativ texnologiyalar Asif Zeynalov Kənan Əliyev Leyla İsmayılova Azərbaycan enerji sektoru beynəlxalq konfrans geologiya enerji neft-qaz kəşfiyyatı
09.09.2025 08:33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18