Qızılın qiymətində yeni rekord - DAHA DA BAHALAŞACAĞI BİLDİRİLİR
Qlobal birjalarda qızılın unsiysının qiyməti 3 min 654 dollara yüksələrək daha bir rekorda imza atdı.Qlobal birjalarda qızılın qiyməti çərşənbə axşamı növbəti dəfə rekord qırıb.
Marja.az xəbər verir ki, Dolların ucuzlaşması, istiqraz gəlirlərinin azalması, həmçinin ABŞ Mərkəzi Bankının (FED) bu ay faiz dərəcələrini endirəcəyinə dair artan gözləntilər qızıla tələbi artırıb.
Qızıl 0,4% də bahalaşaraq unsiyası 3 min 654 dollara qalxıb (Bakı vaxtı ilə saat 08:45-ə olan məlumat). ABŞ-da dekabr fyuçersləri isə 0,4% artaraq 3 min 690,90 dollaradək yüksəlib.
Bazar analitiki Tim Waterer bildirib: “Əgər Fed bazar gözləntilərinə uyğun olaraq birdən çox faiz endirimi etsə, çox güman ki, bundan sonra qızılın daha da bahalaşmasını görəcəyik.”
Avropa Mərkəzi Bankının (AMB) cümə axşamı keçiriləcək iclasında faizləri sabit saxlaması gözlənilir.
İnvestorlar Fed-in siyasət xətti ilə bağlı daha çox məlumat almaq üçün çərşənbə günü açıqlanacaq ABŞ istehsalçı qiymətləri indeksini və cümə axşamı dərc ediləcək istehlak qiymətləri indeksini gözləyirlər.
Waterer əlavə edib: “Qısamüddətli potensial katalizator, ABŞ inflyasiya göstəricilərinin bu həftə gözləntilərdən (proqnozlardan) aşağı açıqlanması ola bilər. Bu vəziyyət, Fed-in sentyabr iclasında daha yumşaq mövqe sərgiləməsinə səbəb ola bilər və qızılın qiymətinin 3 min 700 dollara çatmasına səbəb ola bilər.”
Qızılın qiyməti bu ilindiyədək 38% artıb. 2024-cü ildəki 27%-lik bahalaşmadan sonra əldə olunan bu göstərici zəif dollar, mərkəzi bankların güclü qızıl alışları, yumşaq pul siyasətləri və artan qlobal qeyri-müəyyənliklərdən qaynaqlanır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)

