Renault da tarixi qərarını açıqladı
Elektrikli avtomobillərlə bağlı yol xəritəsini açıqlayan markalara Renault da əlavə olundu. Renault-Nissan tərəfdaşlığı, 2022-ci ilə qədər sıfır emissiyalı və elektriklə işləyən 12 modeli bazara çıxaracağını açıqlayıb.
Avtomobil sənayesində baş verən elektrik çılğınlığı qaza basıb. Bir tərəfdən müxtəlif ölkələr dizel və benzin yanacaq vasitələri qadağan edəcəyini açıqlayarkən, digər tərəfdən də markalar elektrikli avtomobillərlə əlaqədar istehsal planlarını ictimaiyyətinə çatdırırlar.
"Marja" xəbər verir ki, Volvo, Land Rover, Volkswagen və Mercedesin açıqladığı planlardan sonra Renault da "karvana" qoşulub.
Renault-Nissan-ın İcraçı direktoru Karlos Ghosn, şirətin Alliance 2022 adını verdikləri 6 illik planını açıqlayarkən, 2022-ci ilə qədər sıfır emissiya ixrac edən cəmi 12 elektrikli avtomobil istehsal edəcəklərini bildirib.
Plan çərçivəsində eyni zamanda müxtəlif səviyyələrdə öz özünə gedə bilən 40 fərqli modelin təqdimatı da yer alır. Bu modellərin mühüm bir qismini kommersiya vasitələrini əhatə edəcək.
Yeni istehsal strategiyası çərçivəsində Renault, Nissan və Mitsubishi Motorsun ortaq bir platformada çalışacağını və birgə fəaliyyətini artacağını qeyd edən Ghosn, "yaradılacaq sinerji ümumi satış həcminin də artmasını təmin edəcək. 2016-cı ilin sonunda bu üç markanın satış həcmi 10 milyon ədəd olub, 2017-də 10.5 milyon ədəd olmasını gözləyirik. 2022 sonunda isə 14 milyona çıxacaq" deyə bildirib.
Elektrikli maşınlardakı batareyanın maya dəyərini də aşağı salmağı qarşısına məqsəd qoyduqlarını ifadə edən Ghosn, eyni zamanda dolum müddətlərini azaltmaq mövzusunda da çalışdıqlarını sözlərinə əlavə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər






.jpg)





.jpg)




