Ən yuxarı (mobil)_30

Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı

Anderrayteri "ABB-İnvest" də olan AYİB istiqrazlarının satışı üzrə hərrac uğurla yekunlaşıb.
iç səhifə xəbər başlığı altı (mobil)_31
Tarixi hərracdan sonra - "ABB-İnvest"in rəsmisi AYİB istiqrazlarının əhəmiyyətindən danışdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

1 oktyabr 2025-ci il tarixində Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) manatda denominasiya edilmiş ilk istiqrazının yerləşdirilməsi üzrə Bakı Fond Birjasında keçirilmiş hərrac başa çatdı. Hərracda 12 investor ümumi məbləği 55 milyon 200 min manat həcmində sifariş təqdim etdi və təklif olunan istiqrazların bütün həcmi tam olaraq yerləşdirildi. Nəticə etibarı ilə AYİB istiqrazlarına olan tələb təklifi 10% faiz üstələdi.

Bu istiqrazların yerləşdirilməsinin Azərbaycan bazarında xüsusi hadisə olduğunu nəzərə alaraq, buraxılışın anderrayteri olan "ABB-İnvest İnvestisiya Şirkəti" QSC-nin (ABB-İnvest) Müştəri xidmətləri şöbəsinin müdiri Aqşin Əzizovdan müsahibə aldıq.

- Aqşin bəy, AYİB istiqrazlarının yerləşdirilməsi ölkəmizin kapital bazarında nə ilə yadda qalacaq?

- AYİB istiqrazlarının buraxılışı və yerləşdirilməsi həqiqətən də Azərbaycanın qiymətli kağızlar bazarı tarixində ən az 2 səbəbə görə yadda qalan hadisə oldu. Birinci səbəb istiqrazların emitentinin AYİB olmasıdır. Bildiyiniz kimi, AYİB müxtəlif ölkələrdə iqtisadi inkişafa yönəlmiş investisiya layihələrini həyata keçirən bir beynəlxalq maliyyə institutudur və bu cür mühüm bir təşkilatın Azərbaycan kapital bazarından milli valyutamızda istiqraz buraxaraq maliyyələşməsi yerli bazar üçün tarixi hadisə hesab etmək olar. Digər bir səbəb isə, AYİB-in bazarımıza tamamilə yeni bir investisiya aləti təqdim etməsidir. AYİB istiqrazları dəyişən faiz dərəcəsi ilə təqdim edildi və bu bazarımızda ilk dəyişən faizlə buraxılmış istiqraz kimi yadda qalacaq. 

- Biz istiqrazlardan danışanda adətən onları sabit gəlirli investisiya aləti kimi təqdim edirik, lakin siz AYİB istiqrazlarının dəyişən faizli istiqraz olduğunu bildirdiz. Dəyişən faiz dedikdə nəyi nəzərdə tutursuz?

- Sizinlə razıyam, Azərbaycanda indiyədək buraxılmış istiqrazlar sabit faiz dərəcəsi ilə buraxılmış istiqrazlar olmuşdur. Yəni istiqraz üzrə faiz dərəcəsi yerləşdirilən tarixdən istiqrazın tədavül müddəti bitənədək eyni olaraq qalmalıdır. Lakin, bu cür istiqrazları əldə edən investorlar emitentin kredit riskini (yəni emitentin istiqraz üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etməmə riski) daşımaqla yanaşı, faiz dərəcələrinin dəyişkənliyi riskini, digər sözlə bazar riskini götürmüş olurdular. Qeyd olunan risklərdən heç biri AYİB istiqrazlarında mövcud deyil. AYİB-in beynəlxalq maliyyə institutu statusu və onun səhmdarlarının müxtəlif dövlətlərin olması AYİB-in mümkün olan ən yüksək kredit reytinqinin əsaslandırmasını təşkil edən faktorlardır. AYİB istiqrazlarının faiz dərəcəsinin AZIR-ə (Azerbaijan Interbank Rate) bağlı olması isə faiz dərəcələrinin artması və ya azalmasının istiqrazların bazar qiymətinə təsirini demək olar ki, sıfıra endirməsinə şərait yaradır. 

- O zaman, deyə bilərik ki, AYİB istiqrazlarını əldə etmiş investor istiqrazlara xas olan kredit riski və bazar riski daşımır?

- Bəli, tamamilə doğrudur və bu cür risksiz istiqrazın milli valyutada buraxılması əlavə sevindirici bir xəbərdir. 

- ABB-İnvestin növbəti planları nələrdir?

- Bu emissiya ilə Azərbaycan bazarı yeni mərhələyə qədəm qoydu. Biz isə bu yolda davam edəcəyik. Məqsədimiz bazara yeni növ maliyyə alətləri gətirmək və onu daha rəngarəng, daha rəqabətədavamlı etməkdir. Söhbət yalnız maliyyələşmə vasitələrindən yox, həm də ölkənin maliyyə dayanıqlığının gücləndirilməsindən gedir.

- Müsahibəyə görə, təşəkkür edirik.

İş elanları AzVak.az-da

AYİB Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı Fond Birjası istiqraz manatda istiqraz dəyişən faizli istiqraz ABB-İnvest kapital bazarı maliyyə bazarı qiymətli kağızlar investorlar hərrac kredit riski bazar riski AZIR Azərbaycan İnterbank Faiz Dərəcəsi maliyyə alətləri investisiya beynəlxalq maliyyə institutu maliyyələşmə emissiya milli valyuta iqtisadi inkişaf Azərbaycan iqtisadiyyatı
02.10.2025 09:36

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18