Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı
Külçə qızıl qiymətləri ABŞ hökumətinin fəaliyyətinin dayandırılması ilə bağlı narahatlıqların qalması nəticəsində dəstəklənib. Qanunvericilərin xərcləmə paketinə dair razılığa gəlməməsi səbəbindən hökumətin qismən bağlanması davam edir. Spot qızılın qiyməti 1%-ə qədər artaraq bir unsiya üçün 3.926,63 dollarla tarixində ən yüksək həddə çatıb. Dekabr fyuçersləri isə 1,1% bahalaşaraq unsiya üçün 3.951,32 dollar səviyyəsinə yüksəlib.
ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılmasının uzanması fonunda qızılın qiyməti yenidən tarixi rekord qıraraq, bir unsiya üçün 4 min dollar həddinə yaxınlaşıb.
Marja.az xəbər verir ki, qızılın qiyməti bir unsiya üçün 3920,63 dollara qədər yüksəldib, sonra müəyyən qədər geriləyib.
ABŞ hökumətininin fəaliyyətini dayandırması, cümə günü açıqlanması planlaşdırılan məşğulluq göstəricilərinin təxirə salınmasına səbəb olub. Bu isə onsuz da qeyri-müəyyən olan iqtisadi mənzərəni daha da çətinləşdirib.
Rəsmi statistik məlumatların çatışmazlığı investorları iqtisadi vəziyyət barədə daha aydın mənzərə əldə etmək üçün özəl sektor hesabatlarına yönəldir. Bu vəziyyət, Federal Ehtiyat Sisteminin (Fed) pul siyasəti qərarlarını verməsini çətinləşdirir. İnvestorlar ayın sonuna qədər FED-in 0,25 bəndlik faiz endiriminin ediləcəyini hələ də gözləyirlər Bu da faiz gəliri gətirməyən qızıl üçün əlavə üstünlük deməkdir.
Bundan əlavə, ABŞ Prezidenti Donald Trampın Kaliforniya Milli Qvardiyasını Oreqon ştatının Portlend şəhərinə göndərməsi də bazarlarda əlavə qeyri-müəyyənlik yaradıb. Xüsusilə, Kaliforniya və Oreqon ştatlarının bu addıma qarşı məhkəməyə müraciət etməsindən sonra vəziyyət daha da gərginləşib.
FED-in faiz endirimlərinə davam etməsi və əmək bazarındakı zəifləmələr fonunda mövcud qızılın bahalaşması üçün mühit güclü olaraq qalır. Bununla belə, risk-gəlir tarazlığı dəyişməyə başlayır; buna görə də qısamüddətli geriləmə, uzunmüddətli yüksəliş trendi çərçivəsində sağlam bir korrektə kimi dəyərləndirilə bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
5 d. əvvəl
Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib
-
- 36 d. əvvəl
-
39 d. əvvəl
“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub
-
1 saat əvvəl
110 000 km-dən çox sürülmüş BYD - ÖZÜNÜ NECƏ GÖSTƏRİR? - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
13 saat əvvəl
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu
- 2 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Bitcoin-in qiyməti 17 illik tarixində ilk dəfə 125 min dolları keçib

“Laçın” qızıl və gümüş sikkə kolleksiyası təqdim edildi

“Birkart BOKT” MMC adı dəyişdirilərək “Bir Kredit BOKT” MMC olub

Bank sektoru depozitlərin hesabına böyüyüb

Rəsmi məzənnələr açıqlandı

Qızıl daha da bahalaşdı, qiyməti 4 min dollara yaxınlaşdı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

Bakı Fond Birjasının dövriyyəsi 37,5% artıb
