Saxo Bank: Bir il ərzində qızılın unsiyasının qiyməti 5 min dollara çata bilər
Saxo Bank-ın Əmtəə Strategiyası üzrə rəhbəri Ole Hansen, qızılın ilin əvvəlindən bəri 50 faizlik bahalaşması barədə danışarkən, növbəti 12 ayda qızılın unsiyasının qiymətinin 5 min dollara qədər yüksələ biləcəyini deyib.
Marja.az Bloomberg-ə istinadən xəbər verir ki, Hansen qızıl bazarındakı son rekord göstəriciləri “təhlükəsiz liman” imici və artan tələbatın nəticəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, insanların qızıla yönəlməsinin əsas səbəbləri arasında ABŞ Federal Ehtiyat Sisteminin müstəqilliyinə dair narahatlıqlar, faiz endirimi gözləntiləri və qlobal qeyri-sabitlik dayanır.
“Ciddi bir alış dalğası müşahidə edirik. İnsanlar niyə bu qədər yüksək — 50 faizlik — qiymət artımımna səbəb olan həcmdə qızıl alır, buna baxmaq lazımdır. Fed-in müstəqilliyinə inam azalıb, faizlərin enəcəyi gözlənilir, dünya sakit yer deyil. Bütün bunlar investorları qızıla yönəldir”, — Hansen bildirib.
Ekspert bazarda 200–300 dollarlıq qısamüddətli düzəliş (qiymət geriləməsi) gözlədiyini, lakin bunun ümumi yüksəliş tendensiyasını dəyişməyəcəyini qeyd edib.
Hansen hazırda 4150 dollar səviyyəsində müqavimət zonası formalaşa biləcəyini deyib:
“Rallinin əsas hissəsinin artıq bu il baş verdiyini düşünürəm. Lakin ABŞ-da və dünyada siyasi qeyri-sabitlik davam edir, inflyasiya qalıcı xarakter alıb, faizlər aşağı düşəcək. Bu şəraitdə 5 min dollarlıq səviyyə artıq fantastik görünmür.”
Saxo Bank-ın strateqinə görə, investorlar hələ də bazarda mənfəət götürmək üçün gözləmə mövqeyindədir və qızılda baş verənləri yeni bir yüksəliş mərhələsinin başlanğıcı kimi görürlər. Buna görə də onlar satış etməkdə tərəddüd göstərirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


