Risklərinin azaldılması üçün 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik ilə əvəzləşdirilib
"Dövlət borcunun və maliyyə öhdəliklərinin idarə olunması sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində borc portfelinin strukturunda risklərin azaldılması, borc dayanıqlığının gücləndirilməsi və uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub".
Marja.az xəbər verir ki, bunu Maliyyə Nazirliyi yayydığı məlumatı ilə iddia edir.
Nazirlik qeyd edib ki, cari il ərzində bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində dövlət istiqrazlarının dövriyyə müddəti artırılıb. Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabında olan milli valyuta vəsaitlərinin yerli banklarda depozitə yerləşdirilməsi mexanizminin tətbiqi büdcəyə əlavə gəlir gətirən effektiv alətə çevrilib.
Son illər investorların tələbatının əsasən qısamüddətli (3 ilədək) dövlət istiqrazlarında cəmlənməsi nəticəsində 2025-ci il 1 yanvar tarixinə dövriyyədə olan dövlət istiqrazları portfelinin 91,4 faizi 1–3 illik, 8,6 faizi isə 5–7 illik istiqrazlardan ibarət olub. Bu vəziyyət dövlət istiqrazları üzrə orta ödəmə müddəti (OÖM) göstəricisinin 1,47 ilə qədər azalmasına və ortamüddətli dövrdə dövlət istiqrazları üzrə əsas borc ödənişlərinin qısa müddətdə təmərküzləşməsi səbəbindən yenidən maliyyələşdirmə risklərinin artmasına gətirib çıxarıb.
Bu risklərin azaldılması məqsədilə həyata keçirilmiş tədbirlər çərçivəsində 1–3 illik dövlət istiqrazlarının bir qismi 7–10 illik dövlət istiqrazları ilə əvəzləşdirilib. Nəticədə, 2025-ci il 1 oktyabr tarixinə dövlət istiqrazları portfelində 1–3 illik dövlət istiqrazların payı 60,6 faizə endirilib, 5–10 illik dövlət istiqrazlarının payı isə 39,4 faizə yüksəlib. Bununla da, Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənmiş məqsədlərinə uyğun şəkildə cari ilin ilk 9 ayı ərzində dövlət istiqrazları üzrə OÖM 2024-cü ilin sonuna nisbətən 2,4 dəfə artaraq 3,52 ilə çatdırılıb.
Eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlir gətirilməsi məqsədilə 2025-ci ildən etibarən Maliyyə Nazirliyi tərəfindən xəzinə hesabının milli valyutada olan vəsaitlərinin aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə xəzinə qalığının müəyyən hissəsinin kapitallaşma və aktivlərinin həcminə görə ən iri beş yerli bankda depozitə yerləşdirilməsi üzrə depozit hərracları keçirilir.
Xəzinə qalığının idarə edilməsi üzrə görülmüş işlər nəticəsində, 2025-ci il 1 oktyabr tarixinə milli valyutada olan xəzinə vəsaitləri üzrə 65,8 milyon manat, xarici valyutada olan vəsaitlər üzrə isə 9,3 milyon manat ekvivalentində olmaqla, ümumilikdə 75,1 milyon manat məbləğində faiz gəliri əldə edilib. Bu göstərici 2024-cü il ərzində xəzinə vəsaitlərinin idarə olunmasından büdcəyə daxil olan 17,5 milyon manatla müqayisədə təxminən 4,3 dəfə çoxdur.
"Beləliklə, həyata keçirilən tədbirlər dövlət borcunun idarə olunmasında risklərin azaldılmasına, borc portfelinin dayanıqlılığının möhkəmləndirilməsinə və eyni zamanda dövlət büdcəsi vəsaitlərinin idarə edilməsində gəlirliliyin artırılmasına mühüm töhfə verib", Maliyyə Nazirliyi bildirirb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
8 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 8 saat əvvəl
- 10 saat əvvəl
-
12 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
12 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
















.webp)






