Azərbaycan sığorta şirkətlərinin Qazaxıstanda fəaliyyəti çətin görünür
Yaxın 5 ildə Azərbaycan sığorta şirkətlərinin Qazaxıstan bazarında fəaliyyət göstərməsi çətin görünür.
Bunu açıqlamasında Qazaxıstan Sığortaçılar Assosiasiyasının sədri Vitali Verevkin açıqlamasında deyib.
"Bizim çox güclü nəzarət orqanımız və ciddi kapital tələblərimiz var. Sığorta şirkətlərinin yalnız öz kapitalı deyil, iştirak etdiyi digər şirkətlərin kapitalı da yoxlanılır. Ona görə də hələlik bu istiqamətdə əməkdaşlığı qurmaq çətindir".
Onun sözlərinə görə, Azərbaycan şirkətlərinin Qazaxıstanda sığorta şirkəti açması mümkündür, lakin mürəkkəb prosedurlar tələb olunur: "Əsas şərt kapitalın şəffaflığıdır. Hər manatın, hər qəpiyin haradan gəldiyini izah etmək lazımdır. Bu proses illərlə davam edə bilər. Amma maraq olarsa, niyə də olmasın?".
V. Verevkin qeyd edib ki, Qazaxıstan sığorta şirkətləri Azərbaycanın təcrübəsini, xüsusilə də rəqəmsallaşma və avtomatlaşdırma sahəsində yeni texnologiyaların tətbiqini yaxından izləyir: "Biz sığorta şirkətləri ilə informasiyalaşma və bazarda qeyri-standart, maraqlı həllərin tətbiqi istiqamətində təcrübə mübadiləsi edə bilərik. Xüsusən də yeni texnologiyaların sığortaya necə inteqrasiya olunduğunu görmək istəyirik. Ola bilər ki, bizdə olmayan, amma ehtiyac duyduğumuz bir həll məhz Azərbaycanda mövcuddur".
Assosiasiya rəsmisi həmçinin vahid beynəlxalq sığorta şirkəti modelinə də toxunub: "Əgər söhbət dövlətlərdən kənar fəaliyyət göstərəcək nəhəng bir sığorta şirkətindən gedirsə, bu yalnız ölkələrimiz arasında xüsusi saziş əsasında mümkün ola bilər. Hər şey tərəflərin iradəsindən və siyasi qərarından asılıdır. İstək olsa, bu model işləyə bilər".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
18 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir















.jpg)





