Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Aparıcı bankalardan 2026-ci il proqnozları: Qızılın qiyməti necə dəyişəcək?

iç səhifə xəbər başlığı altı (mobil)_31
Aparıcı bankalardan 2026-ci il proqnozları: Qızılın qiyməti necə dəyişəcək?
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq maliyyə qurumları, hazırda 1 unsiyası təxminən 4 min dollara yaxın olan qızılın qiymətində artımın 2026-cı ildə də davam edəcəyini gözləyirlər. Marja.az-ın məlumatına görə, 2026-cı ilin sonu üçün ən yüksək proqnoz 5 min 55 dollar səviyyəsində müəyyən edilib.

Dünya Bankı 2026-cı il üzrə orta qızıl qiyməti proqnozunu 3 min 575 dollar səviyyəsində saxlayıb. Qlobal banklardan Citi qısamüddətli (0–3 ay) hədəfini 3 min 840 dollar, Goldman Sachs isə 2026-cı ilin birinci rübü üçün 4 min 440 dollar olaraq müəyyən edib.

Digər iri qlobal banklardan Morgan Stanley 2026-cı ilin ortası üçün 4 min 500 dollar, Wells Fargo isə 4 min 500 – 4 min 700 dollar aralığında proqnoz açıqlayıb. UBS 2026-cı ilin mart ayı üçün proqnozunu 4 min 700 dollar səviyyəsində olduğunu bəyan edib.

Standard Chartered son hesabatında 12 aylıq qiymət proqnozunu 4 min 500 dollar səviyyəsində saxladığını açıqlayıb.

Goldman Sachs 2026-cı ilin sonu üçün proqnozunu 4 min 900 dollardan 5 min 55 dollara qaldırıb. Londan Qiymətli Metallar Bazarları Assosiasiyası (LBMA) nümayəndələri də 12 aylıq proqnozlarını 4 min 980 dollar səviyyəsində müəyyən ediblər.

HSBC, Bank of America və Société Générale də 2026-cı ilin sonu üçün qiymət proqnozunu 5 min dollar səviyyəsində saxlayıblar.

JPMorgan, 2026-cı ilin dördüncü rübündə orta qiymətin 5 min 55 dollar olacağını, uzunmüddətli (üçillik) proqnozunu isə 6 min dollara yüksəltdiyini açıqlayıb.

Qızılın unsiyasının qiyməti 52% artıb

Qızılın unsiyasının qiyməti 20 oktyabrda 4 min 381 dollarlıq rekord səviyyəyə yüksəldikdən sonra tədricən 4 min dollardan aşağı enib. Hazırda qızıl 0,8% ucuzlaşma ilə 3970 dollar civarında ticarət olunur (Bakı vaxtı ilə saat 10:00-a olan məlumat).

2025-ci il ərzində qızılın unsiyasının qiyməti 52%-dən çox artım göstərib.

İş elanları AzVak.az-da

qızıl qiyməti 2026 qızıl proqnozu 2026 2026 qızıl qiymətləri qızıl bazarı analizi dünya bankı qızıl qiyməti goldman sachs qızıl proqnozu jpmorgan qızıl qiymət proqnozu ubs qızıl bazarı standard chartered qızıl hesabatı lbma qızıl proqnozu hsbc qızıl qiymətləri bank of america qızıl proqnozu société générale qızıl qiyməti 2025 qızıl artımı qızılın uns qiyməti unsiya qızıl 2026 qlobal qızıl bazarı qızıl investisiyası qızıl qiymətləri analizi azərbaycanda qızıl qiyməti qızıl neçəyədir 2026 qızıl qiyməti nə qədər olacaq qızıl qiyməti artacaqmı qızıl bazarı xəbərləri altın fiyatı 2026
04.11.2025 10:09
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18