İspaniyada da quş qripilə bağlı həyəcan siqnalı verilib
Avropada quş qripi halları artır. Son olaraq İspaniyada vəziyyətlə bağlı həyəcan siqnalı verilib. Ölkədə quş qripi hallarının çoxalması səbəbindən yüksək riskli bölgələrdə bütün quşların qapalı şəraitdə saxlanması məcburi olub.
Marja xəbər verir ki, Avropa üzrə artan quş qripi hallarının İspaniyada da müşahidə olunmasının ardından Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, ölkədə yüksək riskli bölgələrdə 10 noyabrdan etibarən bütün ev quşlarının qapalı şəraitdə saxlanması məcburi olacaq.
Avropa quş qripi hallarının artması ilə bağlı həyəcan vəziyyətinə keçib.
İspaniya, İrlandiya, Almaniya, İngiltərə, Niderland, Belçika, Polşa və Fransada halların qeydə alınmasından sonra müvafiq nazirliklər xəstəliklə mübarizə məqsədilə hərəkətə keçiblər. İspaniya Kənd Təsərrüfatı Nazirliyinin bu gün yaydığı açıqlamada qeyd olunub ki, ölkədə yeni hadisələrin aşkar edilməsindən sonra yüksək riskli bölgələrdə 10 noyabrdan etibarən bütün quşların qapalı şəraitdə saxlanması məcburi olacaq.
Bu il Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsindən 15-də epidemiya qeydə alınıb və indiyədək ümumilikdə 688 hadisə bildirilib.
Keçən ilin eyni dövründə bu rəqəm 189 idi. Epidemiya ən çox Almaniyanı təsirləndirib – avqustdan bəri 58 hadisə aşkarlanıb. Almaniyanın bəzi əyalətlərində quşların qapalı saxlanması əmri verilib. Şimal-şərqdəki Brandenburg əyalətində 31 fermada 500 mindən çox quş məhv edilib. Aİ-nin ən böyük quşçuluq istehsalçısı olan Polşada isə 15 hadisə qeydə alınıb, lakin hələlik heç bir qərar qəbul edilməyib.
“Vəziyyət çox, çox narahatedicidir”
İrlandiya Fermerlər Birliyinin Milli Quşçuluq Komitəsinin sədri Naycel Svithnam 3 ildən sonra ilk epidemiya hadisəsini dünən təsdiqləyib və bütün quşların qapalı şəraitdə saxlanması göstərişini verib.
Svithnam açıqlamasında bildirib: “Quş qripinin gedişatı tamamilə dəyişib. Vəziyyət çox, çox narahatedicidir.”
Niderlandda 71 min quş məhv edilib
Fransa quşçuluq fermaları üçün ölkə üzrə risk səviyyəsinin “yüksək” olduğunu elan edərək həyəcan vəziyyətinə keçib. Niderland Kənd Təsərrüfatı Nazirliyi ötən ay bir fermada epidemiya aşkar olunduğunu, nəticədə 71 min quşun məhv edildiyini və quşların qapalı şəraitdə saxlanması əmri verildiyini açıqlayıb.
“Quş qripi artıq yerli deyil, qlobal bir problemə çevrilir”
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktorunun müavini Bet Beçdol Braziliyada keçirilən beynəlxalq dialoqda deyib:
“Quş qripi artıq yerli təhlükə deyil, qlobal bir problemə çevrilir. Heç bir ölkə və ya sektor bu təhlükəni təkbaşına həll edə bilməz. Uğursuzluq variant deyil. Elmə əsaslanan, praktiki əməkdaşlıq kənd-təsərrüfatı və qida sistemlərini, dolanışıq vasitələrini və ictimai sağlamlığı qorumaq üçün həyati əhəmiyyət daşıyır.”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
11 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
11 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 13 saat əvvəl
-
13 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























